Kim nə edir, mən də edim, dəb xətrinədir, bəhsəbəsdəndir…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 035
Səs ver:
(səs: 1)
Bəhsəbəs xarakterimiz belə dəb xətrinədir…

İndiki zamanədə insanın ayağının altını qazmaq, mane olmaq, təhqir etmək, söymək, döymək, öldürmək, intihar etmək, dalaşmaq da dəb xətrinədir, bəhsəbəsdəndir…

Gözə girmək, tərif etmək, tənqid etmək, ismarıc yazmaq, yaltaqlanmaq, gündəmdə olmaq, reytinq qaldırmaq üçün, yazmaq, oxumaq, oynamaq da dəb xətrinədir, bəhsəbəsdəndir…

Modernləşmə, konservatizm də, şərqdən qərbə addımlamaq, hər şeydə yaxşını oyub pisi axtarıb, tapmaq və özünə tətbiq etmək, pislik etmək, pis insan olmaq da, insanlarda dəb xətrinədir, bəhsəbəsdəndir…

Müasir, dəblə və yaraşdı-yaraşmadı geyinmək, bağlı geyinmək, dindar olmaq, müsəlman olmağını əlində bayraq edib, başqalarına pis baxmaq da, dəb xətrinədir, bəhsəbəsdəndir…
Müsəlmansan, xristiansan və s. çox gözəl, hər kəsin öz inamı, imanı, dini var…

Bahalı maşın, telefon, ev, kredit, borclara girmək, evində hər müasir məişət texnikasının olması... rahatlıq gətirməyəcək, qəbrinə aparmayacaq insanlar onları, bu da dəb xətrinədir, bəhsəbəsdəndir…

Bir insanda olan başqasında olmayanda, onu paxıllamaq, daha çoxunu istəmək, mütləq imkan oldu-olmadı əldə etmək də dəb xətrinədir, bəhsəbəsdəndir…

Kim nə edir, mən də edim, dəb xətrinədir, bəhsəbəsdəndir…

Mədəni görsənmək, görməmişlik, acgözlük, tamahkarlıq, yalan, xəyanət etmək, günaha girmək də, dəb xətrinədir, bəhsəbəsdəndir…

İnsanları alçaltmaq, yıxmaq, tapdalamaq, insanlara yuxarıdan aşağıya baxmaq da dəb xətrinədir, bəhsəbəsdəndir…

Yaxşı insan kimi görsənmək və yaxşılıq, xeyirxahlıq, xeyriyyəçilik etmək bəzi insanlarda dəb xətrinədir, bəhsəbəsdəndir…

İnsanların üzünə gülmək, arxasınca danışmaq, gözdən salmaq, bəzən isə insanlıqdan çıxıb, heyvanlaşmaq, kimdənsə nəyəsə çevrilmək də, dəb xətrinədir, bəhsəbəsdəndir…

Süniliyə meyl etməyimiz də, dəb xətrinədir, bəhsəbəsdəndir…

Səhərdən axşamadək filmlərə, teleseriallara baxıb, sonra onu başqaları ilə müzakirə etmək də, dəb xətrinədir, bəhsəbəsdəndir…

Maddiyyatı mənəviyyatdan üstün tutmaq, mənəvi dəyərləri unutmaq da, dəb xətrinədir, bəhsəbəsdəndir…

Kitab oxumamaq, təhsil almamaq, nadan olduğunu bilib, nadan qalmaq da, dəb xətrinədir, bəhsəbəsdəndir…

Televizor önündə oturub və uşaqlarımızı da, yanımızda oturdub, səviyyəsiz film və verilişlərə baxıb, özünə uyğun nəticələr çıxartmaq, əxlaq və mənəviyyatımızı korlamaq da dəb xətrinədir, bəhsəbəsdəndir…
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri