1.AĞIZ QOXUSU: Bu problemi həll
etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi
mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem
sizdə daha ciddidirsə öncə həkimə müraciət edin.Yediyiniz yeməklərə
diqqət edin. Sevgilinizlə görüşə getməzdən öncə soğan, sarımsaq kimi iyi
cəhətdən üzüqara şeylər yedinizsə, qısaca, görüşü təxirə salmağı
məsləhət görürəm. Ağız spreyi və ya nanəli saqqız ağız iyisi mövzsunda
sizin daimi müttəfəqinizdir .
2.DÜŞÜK ŞALVAR: Bəli, müasir
həyatda düşük şalvar belə dəb olaraq qəbul oluna bilir. Lakin onun
altından geyindiyiniz tuman da vacibdir. İndi isə, bir qadından soruşaq
görək şalvarı düşük kişilərə necə münasibət göstərir? Soruşaq?.
3.QIZIL BƏZƏKLƏR: Çox varlı ola
bilərsiniz, hətt qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuya
qadınların baxışı budur: "Kişilərə bəzək, özəlliklə, qızıl bəzək
yaraşmır." Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük, barmağı
gizlədən iri qaşlı üzüklər, xüsusilə də, üstü daslı şovalye üzüyü kimi
bəzək əşyaları taxan kişiləri isə qadınların sevmək bir yana, heç onları
ciddi kişi kimi qəbul etmirlər.
4.ÇİRKLİ DIRNAQLAR: Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun
əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən
təmiz birisi olması əminliyini verir. Əyri-üyrü, altı qara çirk zolağı
ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.
5.QULAQ TÜKLƏRİ: Qulaqlarınızdan
canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya
qalsa qadınların verdiyi ağrını heç nə vermir.
6.ÇİRKLİ BURUN: Nəfəs aldıqda
tozun buruna daxil olmasına əngəl olan burun tükləri nə yazıq ki, burun
dəliklərindən boylananda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən
belə o tüklər tərpənir.
7.TƏSBEH: Hələ də təsbehmi
çevirirsiniz?. Əgər əlinizi oynatmaq çox vacibdirsə, təsbeh əvəzi
istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən
kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki heç baxmırlar.
8.UCUZ ODEKALON: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon
istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də
qadınlar sizə buna görə nifrət edə bilərlər.
9.TƏR QOXUSU: Qadınlar təmiz kişiləri sevər. Bu mövzuda tər
qoxusu böyük təhlükədir. Ətir olmasa da, vücudu qoxumayan kişilərə
qadınlar hörmət edərlər.
10.HÜNDÜR DABAN AYAQQABI: Aranızda
hündür dabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları
gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün.
Qadınlar bəstəboylu birisini sevər amma hündür görünmək üçün dik daban
üstündə gəzib ayaqlarını yara edən kişiləri sevməzlər.
11.JELELİ SAÇLAR: Başına bir
qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən
qadınlar hürkərlər. Saçınız təmiz və özünüzə yaraşan düzümdə olsun
yetər.
12.YEKƏ QARIN: Həddindən çox
şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş
qarnı da sevmirlər. Önünüzdə balkon kimi duran bir qarınla görüşə
getməzsinz deyilmi?