Qadınların doğru bildiyi 5 yanlış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 483
Səs ver:
(səs: 1)
Kişilərlə qadınların bioloji strukturlarındakı fərqlər onların səhhətinə təsir edən amillərdən hesab olunur. Lakin əksər hallarda qadınların doğru hesab etdiyi yanlış fikirlər stereotiplərə çevrilərəksağlamlığa ciddi zərər vurur.

Qadınar.biz İstanbul Sağlam Həyat Mərkəzinin direktoru, mütəxəssis Azad Şamilgilin bu mövzu çərçivəsində müəyyən etdiyi maddələri təqdim edir.

1. Əksər qadınlar baş nahiyələrində olan miqren tipli ağrıların özlərinin zərif və romantik hisslərə tez qapılmaları ilə əlaqələndirir. Lakin tibb bu düşüncənin yanlış olduğunu, miqrenin qadındakı hormonların beyinə təsiri ilə bağlı olduğunu bildirir.

2. Bəzi qadınlar hamiləlik zamanı həm özlərini, həm də körpələrini doyuzdurmaq üçün daha çox yeməyə ehtiyacları olduğunu zənn edir. Tibb bu fikrin də yanlış olduğunu, hamiləlik dövründə normadan (300 kalori) artıq qida qəbul edən anaların körpələrində ürək xəstəliklərinə tutulma riskinin 30-35 faiz artdığını deyir.

3. Bəzi insanlar ürək-damar xəstəliklərinin "kişi xəstəliyi” olduğunu düşünsələr də bu, belə deyil. Ostrojen hormonunun menopoz dövrünə qədər qadınları bu xəstəlikdən qoruduğu görünsə də, siqaret istifadəçisi, artıq çəkisi, hərəkətsiz yaşamı və yüksək təzyiqi olan qadınlar yaşıdlarından daha erkən ürək-damar xəstəliklərinə tutulur. Üstəlik, şəkər xəstəsi olan qadınların infarkt riskinin kişilərdən 2 dəfə çox olduğu açıqlanıb.

4. Qadınlar adətən infarktın əlamətinin kişilərlə eyni olduğunu düşünür. Məhz bu səbəbdən də infarkt keçirmiş qadınların yalnız 30 faizi həkimə müraciət edir.

5. İnfarkt sonrası ölüm ehtimalını kişilərə nisbətdə daha aşağı hesab edən qadınlara tibbi araşdırma ilə cavab verilib. Araşdırmanın nəticəsinə görə, infarktdan 2 həftə sonra 100 kişidən 93-nün, 100 qadından isə 83-nün sağ qaldığı bildirilib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri