Bu yazı qadınlar üçündür

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 409
Səs ver:
(səs: 1)
Bir çox xanımlar menstruasiya nizamsızlığından şikayət edirlər. Qadınlar.Biz bunun səbəbləri və müalicəsi haqqında türkiyəli mütəxəssislərin rəyini təqdim edir.
Menstruasiya qadınlarda adətən 28 gündə bir baş verən və 4-7 gün arasında davam edən qanamadır. Orta hesabla 21-35 gün arasında olan menstruasiya qanaması bu müddətdən bir gün belə az olsa nizamsızlıq hesab edilir.

Menstruasiya nizamsızlığının səbəbləri:
Həddən çox kökəlmə və həddən çox arıqlama
Həddən çox məşq etmək
Doğuş həbi
Sistemli narahatlıqlar
Antidepressant qəbulu
Polikistoz
Endometrios
Endometrial polip və miyoma
Uşaqlıq xərçəngindən əvvəl
Uşaqlıq xərçəngi

Menstruasiya niyə gecikir?
Həmin ay yaşanan cərrahiyyə əməliyyatı stressi menstruasiya tarixini 1-2 ay gecikdirir. Menstruasiyanın gecikməsinə hamiləlik də səbəb ola bilər. Cinsi həyatı aktiv olan və qorunma üsullarından istifadə etməyən cütlüklərin ağlına ilk gələn isə  hamiləlik olur. Digər səbəblər isə stress, mövsüm və məkan dəyişikliyi. Normalda ildə bir dəfə menstruasiya nizamsızlığı yaşayan qadın ildə 2-3 dəfə bununla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir.

Menstruasiya nizamsızlığının müalicəsi
Menstruasiyanın 2 və ya 3-cü günü edilən hormonal testlərin nəticəsi və təsbit edilən ultrasəs görüntülərinə görə xəstəyə xüsusi olaraq müalicə planı təyin edilir. Miyoma ölçüsü və məskunlaşması əsas götürülərək cərrahiyyə əməliyyatına ehtiyac da yarana bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri