Ulduzların ilhamverən stil vərdişləri

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 141
Səs ver:
(səs: 2)
Bu dəfə isə bir yox, cazibədarlığı və stili ilə son illərə damğa vuran bir neçə gözəl haqqında məlumat əldə edəcəksiniz.
 
Bütün dəbsevərlər bilir ki, hər bir xanımın stilini əvəzsiz edən aksessuarlardır. Doğru aksessuar seçimi ilə ən sadə geyimi şıq hala gətirmək mümkündür. Təsadüfi deyil ki, dünya ulduzları aksessuara geyimdən daha çox pul xərcləyir. Dəb ilahələrinin çoxu özlərinə yaraşan aksessuarı müəyyənləşdirdikdən sonra riskə getmir və demək olar ki, bütün kombinlərində eyni tipli aksessuarlara üstünlük verirlər. Kimi qırmızı xalı gecələrində, kimi də küçə stilində artıq imzası halına gəlmiş aksessuarlarla dəb trendlərini müəyyən edir.
 
Həmin dəb ilahələrindən ən çox diqqətimizi çəkənləri təqdim edirik:
 
Oliviya Palermo – iddialı günəş eynəkləri
Məşhur stil ikonası Oliviya Palermonun geyindiyi hər libas, istifadə etdiyi hər aksessuar trendə çevrilir. Gözəl xanımın ən sevimli aksessuarı iddialı günəş eynəkləridir. Palermo stilini daim parlaq şüşəli, böyük çərçivəli eynəklərlə tamamlayır.
 
Eynəkdə ən çox pişikgöz və pilot modellərini sevir. Qara, qəhvəyi və bəbir printli eynəklərdən ibarət böyük kolleksiyası var.
Bleyk Layvli – iri sırğalar
 
Qırmızı xalı gecələrinin ən dəbli, ən cazibədar ulduzlarından olan Bleyk Layvli son illərin ən populyar moda ikonası hesab edilir. Həm xüsusi gecələrdə, həm də gündəlik həyatda şıq görünməyə diqqət edən gözəl aktrisa kombinlərini aksessuarlarla zənginləşdirməyi xoşlayır. Onun vaz keçilməz aksessuarı isə sırğadır. Aktrisa iri, dəbdəbəli sırğalardan vaz keçə bilmir.
 
Bleyk qırmızı xalı mərasimlərində növbənöv, qiymətli daşlarla bəzədilən bahalı zinət əşyalarını nümayiş etdirir. Gündəlik həyatda isə lüks markalardan aldığı iri sırğaları taxır. Gözəl ulduz sırğalarının diqqət mərkəzində olması üçün, adətən, saçlarını toppuz və ya at quyruğu yığır. Bəzən də yana ayıraraq açıq saxlayır.
 
Kara Delevin – papaq
Son illərn ən məşhur modeli Kara Delevin artıq özünü aktrisa kimi sınamağa başlasa da, dəb aləmindən silinməyəcəyini stili ilə bəlli edir. Dünya ulduzlarını bir araya gətirən tədbirlərdə şıqlığı ilə göz qamaşdıran Kara gündəlik həyatda idman stilinə üstünlük verir. Çılğın ruhunu küçə stilində əks etdirən gözəl ulduzun ən sevimli aksessuarı papaqdır. Karanın papaqları onun rahat idman stili ilə uyğunlaşır. Adətən, tək rəngdə olan, üzərində müxtəlif şüarlar yazılan papaqları seçir. Kara üçün papaq taxmaq həyat tərzidir. Ona görə də, havanın isti və ya soyuq olması onun üçün fərq etmir. Onu ilin hər mövsümündə papaqla görmək mümkündür.
 
Miroslava Duma – dəbdəbəli boyunbağılar
Moda dünyasına rəng qatan, özünəməxsus tərzi ilə daim diqqət mərkəzində olan digər ulduz da Miroslava Dumadır. Rusiyanın ən gözəl geyinən qadınlarından hesab edilən Duma tərzini aksessuarlarla vurğulamağı sevir.
Dumanın vazkeçilməz aksessuarı dəbdəbəli boyunbağılarıdır. Gözəl dəb ilahəsi istər şıq, istərsə də, gündəlik kombinlərini iri, rəngarəng boyunbağılarla  tamamlayır.
 
Teylor Svift ‐ zoğalı çanta
Teylor Svift yalnız mahnıları ilə deyil, özünəməxsus stili ilə də pərəstişkar sayını artırır. Hündürdaban ayaqqabı, qısa şort və donlar geyinməyi xoşlayan Teylorun vazkeçilməz aksessuarı zoğalı əl çantasıdır. Xanımlar, adətən, klassik qara və ya bej rənglərdə olan çantalardan çox istifadə edir. Teylor zoğalı rəngdə çantanın da hər cür geyimlə yaraşdığını sübut edir.
 
Cessika Alba - şapka
Cessika Alba deyəndə gözümüzün qarşısında zərif, məsum üz cizgilərinə sahib qadın canlanır. Rahat geyimlərlə şıq görünməyi bacaran nadir ulduzlardan olan Cessika sadəliyi sevir. Elə aksessuarları da tərzinin sadəliyini vurğulayır. Cessika Albanın ən sevimli aksessuarı şapkadır. Qara, zoğalı, bej və ağ şapkaları çox xoşlayır. Şapkalar gözəl ulduzun küçə stilinə rəng qatır.
 
Rihanna – üzüklər
Məşhurlaşmağa başladığı ilk gündən etibarən, stili ilə dəb aləminə səs-küy salan Rihanna aksessuarlardan istifadə etməyi çox xoşlayır. Kombinlərini şıq aksessuarlarla tamamlayan cazibədar ulduz nə geyinməsindən asılı olmayaraq, üzük taxır. O, demək olar ki, bütün barmaqlarını üzüklərlə doldurur. Qəribədir ki, başqasında çox iddialı görünəcək bu stil Rihannaya çox yaraşır. Onun seçdiyi üzüklər barmaqlarının üzərində olan döymələrlə uyğunlaşaraq qeyri-adi görünür. Bu da ulduzun tərzini təkrarolunmaz edir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri