Yeni il gecəsi parıldamağa hazır olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 986
Səs ver:
(səs: 1)
Pulcuqlar, biserlər, parıltılı muncuqlar, daşlar və zərli parçalar... Bunlar hamısı Yeni ilin gəlişindən xəbər verir.
 
Alış-verişdə gözucu baxdığınız parıltılı paltarları geyinmək üçün Yeniil gecəsi əla bəhanədir. Hər yerdə parıltının, bəzəklərin, şam ağaclarının işıq saçdığı zamanda siz niyə bütün bunlarda kənarda qalasınız ?! Yeni il gecəsi - parlamaq və əylənmək deməkdir.
 
 "Sophia Webster”, "Oscar de la Renta”, "Dolce&Gabbana”, "Saint Laurent”, "Jimmy Choo”, "Versace”, "Giuseppe Zanotti”, "Edie Parker”,  "Rochas”,  "Delpozo” kimi moda evləri xanımların arzularını reallaşdırmaq vəzifəsini öz öhdələrinə götürüblər.  
 
Sözügedən moda evləri bayram gecəsində par-par parıldamaq istəyən xanımlar üçün  bir-birindən parıltılı, zərli və diqqətçəkən aksessuarlar hazırlayıb.
 
Dizaynerlər ənənəyə sadiq qalaraq, bu il də çox səxavətli davranıblar. Onlar bu aksessuarlarda zərdən və biserdən bolluca istifadə ediblər. Bütün ili bizə sadəliyi və zərifliyi məsləhət görən dizaynerlər Yeni il gecəsi istənilən çılğınlığı geyimlərdə tətbiq etməyə icazə verirlər.
 
Yəqin ki, heç bir xanım dəbdəbəli yeni il ağacının yanında sönük və darıxdırıcı görünmək istəməz. Odur ki, bayram günü parıldamağa hazır olun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri