Kişi geyimində qadın cazibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 654
Səs ver:
(səs: 1)
Kim deyir ki, kostyum kişi geyimidir? Hollivud gözəlləri ciddi kişi kostyumunun qadın seksuallığını vurğulayan əvəzolunmaz geyim olduğunu öz timsalında çoxdan sübut edib.
 
Əlbəttə, biz təmtəraqlı ziyafət libaslarını çox sevirik. Lakin qadın bədəni də bəzən rahatlıq axtarışında olur. Bu zaman köməyə kişi qarderobu, daha doğrusu, qadınların dolabına daxil olan maskulin geyimlər gəlir. Qadın qarderobunda kişi kostyumlarının olması 50 il əvvəlki tək inqilabi hadisə hesab olunmur.
 
Maskulin tərzinin əsas xüsusiyyətləri
 
Qeyd edək ki, maskulin kişi geyimi əsasında yaradılan qadın paltarlarıdır. Ancaq diqqət yetirilməli bir məqam var ki, maskulin tərzi qadınların kişi geyimləri geyinməsi demək deyil. Xanımların maskulin geyim tərzi kişi geyiminin modern variantıdır. Bunu doğru aksessuarlarla uyğunlaşdırdıqda isə gözəl bir obraz meydana çıxır.  
 
Artıq neçənci mövsümdür ki, aparıcı moda evlərinin podiumlarında model qızların əynində ciddi kişi geyimlərinə rast gəlirik. Lakin bu ziddiyyət xanımların zərif görünməsinə mane olmur. Əksinə, onları daha cəlbedici və ehtiraslı göstərir. Dizaynerlərin fikrincə, maskulin tərzi qadınlara geyimdə fərqlilik yaratmaq üçün gözəl imkanlar verir və bu zaman onlar özlərini çox rahat hiss edir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri