Dəb dünyasının yeni qanunu: Uyğunsuzluq!

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 2 315
Səs ver:
(səs: 4)
Sviter, jaket və trikotaj paltarlar ilin bu soyuq vaxtında böyük populyarlığa malikdir. Onun köməyilə soyuqdan qoruna, o cümlədən, nəfis obraz yaratmağa nail ola bilərik.
 
Toxunma, uzun, qısa, rəngli və təkrəng sviterlərə payız-qış moda nümayişlərinin əksəriyyətində rast gəlinir.
 
Dizaynerlər orijinal görünmək həvəsində olan modapərəstlər üçün asimmetrik kəsimli sviterlər təklif edir.
 
Asimmetrik kəsimli sviterlər də qış qarderobunda xüsusi yer tutur. Çünki asimmetrik kəsimlər fərqli görünmək istəyən xanımların arzusunu reallaşdırır.  Əgər asimmetrik və ya qeyri-adi kəsimlər: qolun olmaması, köynəyin bir tərəfinin uzun, digərinin qısa olması bir zamanlar gülüş hədəfinə çevrilirdisə, bu gün trend sayılır.
 
Dizaynerlərin bir çoxu yeni geyim nümunələrinin yaradılması üçün bu üsuldan istifadə edir. Stella Makkartni, Viktoriya Bekhem və modelyer Viktor Alfaronun da kolleksiyalarının ana xəttini uyğunsuzluq, qeyri-adi kəsimlər təşkil edir. Belə görünür ki, uyğunsuzluq müasir dəbdə hələ uzun müddət davam edəcək.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri