Bu 12 keyfiyyətə malik qadını heç vaxt buraxmayın

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 2 069
Səs ver:
(səs: 2)
12 keyfiyyətə malik qadını heç vaxt buraxmayın.
Həyatının sevgisi ilə rastlaşdığı zaman heç də hər birimiz uzaqgörənlik edə bilmirik və yanlışlara yol veririk,sonra buna görə təəssüf hissləri keçirdirik. Əgər o qadın bu 12 keyfiyyəti özündə birləşdirirsə heç zaman onun getməyinə icazə verməyin!
Hər kəsə ,həyatında bir neçə dəfə xüsusi və qeyri-adi (yaxşı mənada) xanımlarla rastlaşmaq nəsib olur. Bu xanımlardan biri məhz o,xəyallarının xanımı olmalıdır. Bu görüşlər hər zaman gözlənilməzdir və az hallarda sizin üçün uyğun zamanda baş verir,lakin,qadın bütün bunlara baxmayaraq peyda olur və həyatınızı həmişəlik dəyişdirir.
Kişi və qadın münasibətlərinin dinamikası son onilliklər zamanı xeyli dəyişikliklərə məruz qalmışdır,lakin ,partnyorluğun kökü bütövlükdə eyni qalmaqdadır.
Təbiət bizi elə yaradıb ki,iki əksdən bir bütöv yarada bilirik. Yarının axtarışı bir səyahətdir,çox vaxt da usandırıcı bir səyahət.
Əgər siz o qadınla rastlaşmısınız və sizə elə gəlir ki,o sizin sonsuz səhranızda nadir gözəllikli bir çiçək ola biləcək,bacardığınız qədər möhkəmcə ondan yapışın . Heç vaxt,heç zaman onu buraxmayın.

12 keyfiyyət;
1. O sizdən ağıllıdır. Hər bir kişi ağılda özündən üstün olan xanımla həyat qursa uduzmaz. O xanım həyat yolunu keçməyə yardımçı olacaqdır. Deyirlər ki,hər bir müdrik kişinin arxasında daha da müdrik qadın dayanır. Bu həqiqətdir. Qadınsız bir kişi eqoistdən artıq bir şey deyildir.

2. O gözəldir. Gözəllik ,əslində baxanın gözlərindən qaynaqlanır. Siz öz zövqünüzü nəzərə alaraq onu gözəl hesab edirsinizsə,möhkəm yapışın.
Mən görürəm ki,bizim zamanda gözəlliyə hədsiz vaxt və diqqət ayırır,və elələrini də görürəm ki,bu konsepsiyanın əksini düşünərək gözəlliyə heç fikir də vermir.
Gözəllik-insanların görməyi bacardığı andan etibarən axtarıb "susuzluğu yatırdığı” bir fenomendir,bu utanc obyekti deyil,və bunu düzgün dəyərləndirməyi bacarmalıyıq.

3. O xeyirxaq və qayğıkeşdir. Yaxşı insanlar- xeyirxaq insanlardır .Əgər o xeyirxaq deyilsə,sizin həyatınızda ona yer yoxdur. Qayğıkeşlik-qadın üçün ən vacib keyfiyyətlərdən biridir. Bəziləri uşaq istəmir,bəzi cütlüklərdə kişi qadından da xeyirxaqdır. Həmçinin bütün qadınlarda analıq instinkti kodlaşdırılmışdır. Siz bir gün ailə qurmaq qərarına gəlsəniz,elə qadın seçin ki,ana olmaq istəsin və buna uyğun olsun.


4. O enerjilidir. Həyat vaxtaşırı çətin üzünü göstərməyə başlayır. Həyat eyni zamanda darıxdırıcı və monoton olur. Qadınlar kişiləri əyləndirmək üçün yaranmamışdır,əksinə,lakin,enerjili qadınla ,hərəkətli qadınla ,hər zaman macəralara hazır olan qadınla özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

5. O sizi qəlbinin dərinliklərinə qədər sevir. Bu sözsüz ki ,ən önəmli keyfiyyətdir. Qadın sizi sevərkən bütün ruhu ilə sevir. Qadın sevgisi kişilərinkinə bənzəmir,kişilər daha eqosentrikdirlər.
Qadın özünü bütövlükdə sevdiklərinə bəxş eləmək kimi bir keyfiyyətə malikdir. Sizi həqiqətən də sevən qadını tapmısınızsa,bəşəriyyətin hədiyyəsinə rast gəlmisiniz.

6. O kompromisə getməyə qabildir. Hər iki cinsin nümayəndələri tərs olur. Biz şeyləri olduğu kimi sevirik və dəyişkənliyə hazır deyilik. Elə bilirik ki,dəyişkənlik bizə lazım deyil. Heçnəyə baxmayaraq ,münasibətlər kompromis üzərində qurulur.
Ümumiyyətlə münasibətlərin mövcud olmağını istəyirsinizsə,onlar bu şəkildə olmalıdır: Kompromisə getməyə meyilli olan qadını tapın,bu döyüşün yarısıdır. Siz özünüz də kompromisə getməlisiniz.

7. O evdardır. Sevmək,dərindən sevmək-dünyada öz yerini tapmaq deməkdir. Bu harada olmaq istədiyini bilmək və başqa heç bir yerə ehtiyac duymamaqdır. Əgər siz onun gözlərinə baxıb ruhunuzun əksini görürsünüzsə,evdəsiniz deməkdir. Heç vaxt getməyin.

8. O haqlı olmadığınızı sizə həvəs ilə bildirir. Hər bir kişi onu bu axmaq təxəyyüldən çıxardan bir xanıma ehtiyac duyur. Oğlanlar qəribə bir vərdişə malikdir: səvh qərar qəbul edib axmaqlığa yol vermək.

9. O güclü,eyni zamanda xanım-xatundur. Hər kəsin öz zövqü var,lakin,zövqlər elə güc və xanımlığın vəhdətindən yaranır. Güclü qadın-hər bir kişiyə lazım olan partnyordur.
Qadınsayağı qadın-bu ...bu elə qadının özüdür. Bu iki keyfiyyət çox da fərqlənmir. Onlar çox gözəl vəhdət təşkil edir. Qadın öz dəyərini anlayır və qadın cinsindən olduğu üçün fəxr edir.

10. O ehtiraslıdır. Həyat ehtiras dolu həyatdır və yaşamağa dəyər. Lakin,təkbaşına ehtiraslı həyat mümkünsüzdür. Ehtiras iki canlı orqanizm arasında baş qaldırır.
Ehtiras keçici olduğuna görə möhtəşəmdir. Bu dünyada ən arzuolunan patogendir.

11. O evə bağlıdır. Mən anlayıram ki,bəzi kişilər elə qadın axtarır ki,daim evdə otursun. Eyni zamanda bilirəm ki,bunu arzulayan qadınlar da az deyildir. Bu növ qadınlar mənlik deyil,amma çox kişilər məhz buna üstünlük verir.

12. O sizin üçün hərşeydir. Bəzən biz insanı dəlicəsinə sevirik və bunun niyəsini məntiqli izah edə bilmirik. Əslində ,sizə səbəb lazım deyil. Əgər siz onu çox sevir və həyatı onsuz təsəvvür edə bilmirsinizsə ,özünüzə onu buraxmağı icazə verməyin.
Əgər o sizin üçün böyük əhəmiyyət daşıyırsa,bunu anlamalısınız. Çox vaxt rast gəlinən bir şeydir ki,insanlar bir-birinin dəyərini və nəqədər önəmli olduğunu,bir-birini itirdikdən sonra anlamağa başlayır. Düşünür ki,bəlkə nə vaxtsa ikinci şans oldu,bəlkə həyat təkrar qarşılaşdırdı.
Ola bilər. Lakin,əksin baş verməsinin şansları da eynidir. Siz onu həmişəlik itirə bilərsiniz. Uzun illər boyu peşmançılıq yaxanızı buraxmayacaq. Həyatınızın ən önəmli varlığını əldən vermək peşmançılığı. Risk etməyin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri