Qadınları sevmək üçün o qədər səbəb var ki...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 054
Səs ver:
(səs: 0)

İlk dünyaya gəldiyimiz andan etibarən O, bizimləydi, və bizim üçün hər çətinliklərə dözməyə qadir idi. Çünki o,Anamızdı!


Biz uşaq olanda O, bizimləydi, qayğımıza qalardı, bizimlə oynamağı sevərdi. Çünki o, Bacımızdı!

Biz uşaqkən O, bizi nağıllar aləminə aparan,sonra isə həyatımızın ən gözəl anlarında bizə öz xeyir-duası ilə mükafatlandıran idi. Çünki o,Nənəmizdi!

Biz ilk dəfə məktəbə ayaq basanda, O, əlimizdən tutub ilk dəfə hərifləri bizə öyrədən idi. Çünki o, Müəlliməmizdi!

 Biz çətinliyə düşəndə O, yanımızda idi və öz kömək əlini bizə uzatmağa hazır idi. Çünki o, bizim Dostumuzdu!

Öz yarımızın axtarışında biz elə bir insanla rastlaşdıqki, O, bizə bütün sevgisini verdi. Çünki o, bizim gələcək Həyat Yoldaşımızdı!

Həyat bizə dözülməz gəldikdə O, bizə bir gülüşüylə bütün dərdlərimizi unutdurdu. Çünki o, Qızımızdı!

Sizlər istədiyiniz hər şeyi reallaşdırmağa qadirsiniz: ən dərin okeanları keçib,ən hündür dağlara çıxmağa qədər. Sizləri sözlə təsvir etmək çətindi. Bu gün isə sizin gününüzdü. Və siz buna layiqsiniz!

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri