Qadınların ortaq səhvi - Yalnış kişiyə aşiq olmaq

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 2 250
Səs ver:
(səs: 1)
Qadın-kişi əlaqələrindəki tez-tez rastlanan  problemlərdən biri də yalnış  kişilərə aşiq olmaqlarıdır. Bəzi qadınlar bu səhvi bir dəfə yaşasalar da, bəziləri təcrübələrindən nəticə çıxarmayaraq, bunu təkrarlayaraq daha çox əziyyət çəkirlər. Onlar  ümumiyyətlə çox xoşbəxt ola biləcəkləri halda, karyerası son dərəcə yolunda, yaxşı bir ictimai həyatı və hobbiləri, fərqli maraq dairələri olsa da, romantik həyatlarında və eşq həyatlarında həmişə bədbəxt olan qadınlardır. Bu kimi qadınlaranümunə kimi məhz məşhurları göstərmək olar. Dünyada məşhur olsalar, hamının qibtə etdikləri olsalar da sevgini tapmaqda o qədər də uğurlu hesab edilməyənlər az deyildir. Bunun səbəbi şanssızlıqdır, yoxsa ki hamının yol verdiyi ortaq səhvlər vardır? Bir çoxları birinci variantı seçsələr də əslində ikinci variant daha doğrudur.Qadınların gücdən xoşlandıqları deyilir, amma bəzi qadınların ən böyük ortaq səhvi əslində zəif xarakterli və problemli kişilərə doğru diqqətlərinin yönəlməsi və bir dəfə aşiq olduqdan sonra kişinin ciddi qüsurlarını görsələr də onu dəyişdirə biləcəklərini düşünürlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri