Stereotiplərlə vidalaşmağın zamanıdır

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 191
Səs ver:
(səs: 2)
Bir vaxtlar qızların ayaqqabı ilə çantanı müxtəlif rənglərdə seçməsi ciddi dəb xətası sayılırdı. Xoşbəxtlikdən, bu qayda çoxdan əhəmiyyətini itirib. Amma dəb dünyasında bunun kimi başqa məcburi qaydalar da var.
 
"Bir dəstdə 3-dən artıq rəngdən istifadə etmək olmaz!”
Əgər siz bir neçə parlaq rənglərdən istifadə etməklə obrazın ideal alınmasına şübhə edirsinizsə, onda bu prinsipə riayət etməmək daha yaxşıdır, yaxud bir parlaq rəngi digər sadə çalarlarla uzlaşdıra bilərsiniz. Lakin təcrübədən qorxmayın. Müxtəlif naxışların vəhdəti, rəng bloku və cəsarətli rəngləri  birləşdirməklə obrazı tamamilə dəyişdirmək mümkündür.
 
"Geyim nə qədər bahalı olsa, bir o qədər keyfiyyətlidir”
İndiki halda qiymət heç də əsas şərt deyil! Axı istehsalçıların əksəriyyəti məhsullara heç də real dəyəri  qoymur. Onların çoxu məhsulun məbləğini alıcılara, yaxud da markanın adına görə təyin edir. Halbuki, demokratik markaların mağazalarında da eyni çeşiddə ideal kəşmiri sviter və pulover tapmaq olar. Onu da qeyd edək ki, bəzi lüks brendlər də sintetik parçadan istifadə edir.
 
"Eynəklər seksual deyil”
Əksinə! İndi eynək taxan qadınlar kişilərə daha seksual və cəlbedici təsir bağışlayır.
 
"Gəlinliyə qənaət etmək olmaz!
Əlbəttə, toy xüsusi gündür və hər bir qız həmin günün hər cəhətdən mükəmməl keçməsini arzu edir. Bu səbəbdən, çoxları gəlinlik paltarına  çox pul xərcləmək lazım olduğunu hesab edir. Toy şənliklərinin təşkilatçıları isə bu fikirlə razı deyil. Onlar bildirir ki, gəlinin ümumi obrazı  toy büdcəsinin 10 faizindən  çox olmamalıdır. Peşəkarların təcrübəsinə etibar etmək lazımdır!
 
"Zərif qadın obrazı yaratmaq üçün dar paltarlar tələb olunur”
Dar geyimlərin yaratdığı təsiri danmaq böyük ədalətsizlik olardı. Əgər belin incəliyini ön plana çıxarmaq istəyirsinizsə, bunun üçün 50-cı illərin üslubu ən yaxşı seçimdir. Amma yalnız bu yolla məhdudlaşmaq lazım deyil. Zərif görünməyin onlarla üsulu var. Rəng bloku oyunu, yaxud kəmərlə daha zərif qadın obrazı yaratmaq olar.
 
"Eleqant obraz yaratmaq üçün dikdaban ayaqqabılar əsas şərtdir”
Dikdaban geyinən qadınlar çox gözəl və seksual görünür, lakin bunun eleqantlıqla heç bir əlaqəsi yoxdur. Məsələn, dünyanın ən gözəl dəb ilahəsi - Odri Hepbern öz boyundan utandığı üçün dikdaban ayaqqabıdan çox az istifadə edirdi. Buna baxmayaraq, onun adı hələ də zəriflik təcəssümüdür.
 
"Klassik geyimlərə xərclənən pul ən ağıllı sərmayədir”
Qara qısa don və ya qəhvəyi plaş heç kimə mane olmur, ancaq onları geyinməyəcəksinizsə, pullarınızı boş yerə göyə sovurmayın. Bunun əvəzinə, mütəmadi olaraq geyindiyiniz paltar  və ya  istifadə etdiyiniz aksessuara üstünlük verin.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri