Kişi bəyəndikdən sonra tanıyar, qadın tanıdıqca bəyənər

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
 
 
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.
Ən çox xətrinə dəydiklərimizin, əslində, ən çox sevdiklərimiz olmağı nə qəribədir...
Ən mənalı baxış, bir cüt yaşlı gözdə gizlidir. Çox şey izah edər; çünki dil bağlanar, ürək danışar.
Yaşadığı yerdən köçmək arzusunda olan insan bədbəxt insandır.
Qadın- kişi bərabərliyi heç vaxt mümkün ola bilməz; çünki tərk edilən qadın kişidən daha çox əzab çəkir.
Kimlə güldüyünü unuda bilərsən, ancaq kimlə ağladığını əsla.
Kişi bəyəndikdən sonra tanıyar, qadın tanıdıqca bəyənər. 
Mən ağlayanda yanımda yoxsansa, mən güləndə kölgə olma.
Sevgini bir kitabı yenidən oxumaq, ya da bir filmə təkrar baxmaq kimi yenidən yaşaya bilməzsiniz.
Qorxunun mənbəyi gələcəkdədir. Kim gələcəkdən xilas olubsa, heç nədən qorxmaz. 
Cənnətə duyulan həsrət insanın insan olmamağa duyduğu həsrətdir.
"Bəli, xoşbəxtlik təkrarlanılmağa duyulan həsrətdir”, 
Bir qadınla sevişmək və bir qadınla yatmaq ayrı-ayrı ehtiraslardır, sadəcə, fərqli deyil, eyni zamanda da zidd ehtiraslardır. Sevgi özünü cütləşmə arzusunda (sonsuz sayda qadınla bağlı ehtirasdır) göstərməz, yuxunu paylaşma arzusunda göstərər (yalnız bir qadınla bağlı arzudur). 
Amma güclülər gücsüzləri incitməyəcək qədər gücsüz olanda, gücsüzlər çıxıb gedəcək qədər güclü olmaq məcburiyyətindədirlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri