Seks HAQQINDA BUNLARI BİLİRİKMİ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 160
Səs ver:
(səs: 1)

Yəqin mənim kimi bir çoxlarınız metroda, ya da marşurutda gedəndə bu tipdə bluetooth adına rastlamısınız : "intimo göndər" . Belə bir rastlantı ilə bu gün metroda qarşılaşmasaydım, çox güman ki, indi bu yazım ərsəyə gəlməyəcəkdi və bu haqda bəlkə də heç danışılmayacaqdı.

Düzdür, bu sahə birbaşa mənim tədqiqat sahəm olmasa da, bir neçə söz deməyi özümə borc bildim və kiçik araşdırmaya başladım.

Demək olar kı, bu gün müəyyən yaş dövrlərindən başlayaraq, əksər yeniyetmə, gənc insanlarımız intimofilmlərin, intimogörüntülərin istehlakçısına çevrilmişdir. Təəssüflər olsun kı, çoxlarımız belə görüntülərin insan həyatına nə kimi mənfi təsirlər göstərdiyindən xəbərdar deyilik.

Əvvəla onu qeyd edim ki, intimofilm istehsalı xüsusi istehsal sahəsi olub, müəyyən məqsədə xidmət edən sektordur. Hər il milyonlarla dollarlar məhz bu kimi görüntülərin istehsalına sərf olunur. Nə üçün sərf olunur, hansı məqsədlə sərf olunur, bu ayrı müzakirənin mövzusu olduğundan, növbətı yazılarımda toxunacağam bu məsələyə. İndi gəlim əsas məsələyə: intimo və onun insan həyatında yol açdığı mənfi fəsadlar .




intimoqrafiya da insanlarda narkotik kimi bir bağımlılıq yarada bilir və bu artıq tibbi cəhətdən isbat olunmuşdur. Bəzi intimoloqlar belə görüntülərin cütlüklərin həyatına rəngarənglik qatacağını düşünüb tövsiyə etsələr də, əslində intimogörüntülərin fəsadlarını görməzdən gəlməkdədirlər.




intimoqrafiya bağımlısı olan kişilərdə xanımlarından uzaqlaşma müşayiət olunur. Bu zaman həm də ruhsal problemlər ortaya çıxa bilir və nəticədə intimoqrafı əsirinə çevrilmiş kişi, ətrafında olan əks cins nümayəndələrinə intim obyekti kimi baxmağa başlayır. Qadınlara sayğı və hörmət itir. Zaman keçdikcə cinsəllik baxımından problemlərin ortaya çıxması da intimoqrafiyaya aludəçiliyin gətirdiyi fəsadlar sırasındadır. Vaxtikən ABŞ prezidentlərindən C.F. Kennedinin "Hər önündən keçən qızla yatmaq xəyalı quran gənclərin evlənəcəkləri zaman bakirə qız gözləməsini anlaya bilmirəm" deməsi çox şeydən xəbər verir. Bu gün də zehnlər müəyyən vasitələr sayəsində zəhərləndirilir, insanlara xəstə düşüncə aşılanır.




Əks cins nümayəndələri isə bu bağımlılığa tutulduqda, onlar intimogörüntülərin istehsalına xüsusi cəlb edilmiş həmcinslərindən müəyyən göstəricilərə görə geri qaldıqlarını düşünməyə başlayır, özlərini çirkin hesab edir, onlarla yarışmağa başlayırlar. Halbuki, bu kimi görüntülərdə qadınlar intim manyakı kimi təsvir olunur,  hər cür aşağılanırlar... Ölkəmizdə Qərbdə olduğu kimi "11 yaşındayam, hələ də bakirəyəm" deyən qızlara çoxluqla rast gəlinməsə də, intimogörüntülərin gənc qızların yaşamlarına təsirlərini heçə endirmək də düzgün deyil. Sadə bir misal: Son illərdə həkimlərə müraciət edib özlərini yenidən "qız" elan edənlərin sayı ildən-ilə artmaqdadır. Bunlarla yanaşı, o da qeyd olunmalıdır ki, intimoqrafiya tibbi gerçəkliyə uyğun olmayan cinsəllik aşılayır. Sadomazoşist əlaqələr, homointimuallıq, təcavüzlər intimogörüntülərin əsas mövzularındandır...




Bu haqda çox danışmaq olar. Amma yuxarıda deyilənlərdən də aydın olur ki, intimogörüntülər normal insan yaşamının tam ziddinə olub, zorakılığı, mənəviyyatsızlğı, əxlaqsızlığı nümayiş və təbliğ etdirməkdədir. Sözsüz ki, belə görüntülərin gətirdiyi fəsadlar bunlarla yekunlaşmır. Hər birimiz insanları bu haqda maarifləndirməli, sağlam cəmiyyətin qurulmasında əlimizdən gələni əsirgəməməliyik...

 

Seyran Quliyev


Fəlsəfə Akademiyasının həmsədri

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri