Ağıllı qadınla evlənən kişi daha uzunömürlü olur

Müəllif: NoName
Şərhlər: 8
Baxılıb: 445
Paylaş:
Səs ver:
(səs: 0)
İdeal həyat yoldaşı haqqında düşünəndə, ancaq gözəllik anlayışınız əsasında qurduğunuz obraz barədə düşünürsünüzsə, bu məqamda dayanmağınız məsləhətdir. Sizin ideal həyat yoldaşı obrazınız necə olmalıdır? Gözəl, ağıllı, sakit və ya bəlkə də üsyankar? Bunların xırda məqam olduğunu düşünürsünüzsə, yanılırsınız. Professor Lourens Velli bu barədə belə bir açıqlama verir: "Bir oğlan uşağına uzun həyat yaşaması üçün nəyin lazım olduğunu deyə bilməsək də, nə etməli olduğunu deyə bilərik - ağıllı qadınla evlənməlidir. İnsan intellektindən daha güclü heç nə ola bilməz, bu intellekt sizi gümrah saxlayacaq."

Aberdeen Universitetində aparılan bir tədqiqat işində eyni yumurta əkizləri üzərində aparılan müşahidə bu fikri daha aydın şəkildə təsdiq etmişdir. Belə ki, ağıllı qadınlarla evlənənlər daha xoşbəxt, maraqlı və ən əsası da uzun ömür sürürlər. Öz intellekt səviyyələrinə uyğun və daha aşağı intellektual səviyyədən olan insanlarla evlənələr isə, bir müddət sonra darıxmağa məhkum kimi görünürlər. İntellektual söhbətlər və oyunlar Alzeymer kimi bir çoxlarının qaçılmaz hesab etdiyi xəstəliyin də qarşısını ala bilər. Nə qədər təəccüblü olsa da, intellekt səviyyəsi yüksək olan qadınlarla evlənən kişilərin sağlamlıqları hətta yaş göstəriciləri yüksək olduqda da digərlərindən qat-qat yaxşı olub.

Həm qadınların özünü, həm də kişiləri qadınlarda daha çox intellekt, ağıl kimi vacib xüsusiyyətlərə əhəmiyyət verməyə yönləndirmək heç də asan məsələ deyil. Mövcud gözəllik standartlarının arxasınca qaçan hər iki cins əsas məqamı unudaraq, tamam fərqli dəyərlər formalaşdırır. Bu dəyərlər isə onların daxili xoşbəxtliyinə heç bir halda təsir etmir, əksinə bir müddət sonra yaşadıqları həyat onlara darıxdırıcı və yorucu gəlməyə başlayır. Lakin ağıl və intellekt müvəqqəti bir şey deyil, ömrü boyu araşdırmağa və öyrənməyə meylli olan insanlar sizi də xoşbəxt edir, bir növ qocalmağa imkan vermirlər. Bu kimi tədqiqatlar da bir daha sübut edir ki, ağıllı insanla ailə qurmaq təkcə zehni deyil, fiziki baxımdan da sizi gümrah saxlayır.

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 445
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Kölge
Kişini kişi eden qadinidi.agilsiz qadin da bunu bacarmaz.ancaq kişiler anlamirlar ...deyirler agili olmasin menim sozum kecsin vesselam
11 iyul 2016 14:24
8
Her şeye gore şukur
Offline
Sirine
Mencede agilli qadinlar evlenen kiwi hem xowbext hemde uzunomurlu olar.Cunki yoldawi onu bawa duwur herweyi derk edir)
11 iyul 2016 11:40
7
....
Offline
Barbaris
Sitat: YalniZ-ArZu
Bunu alimler bele subut edir,ancaq bezi kiwilerin beynine girmir.Evlenmekden otru axtardiqlari qizi mutleq avam,iki sozu bor yerde duzub qowub demeyi bacarmayan,oz wexsi fikri olmayan gormek isteyirler.Hele coxusu bilerekden ozunnen yawca cox kicik olan qizlarla evlenir.Cunki 15,16 yawli qizlari oz istedikleri kimi "terbiye"ede bilecekler.Ona goredir ki,bizim unini bitirmiw,artiq yetkin,olqun,agilli qizlarimiz var ki,hele de oz yarlarin tapmayiblar.Cunki ekser kiwiler elelerinnen qacirlar.


raziyam fikrinizle
11 iyul 2016 00:30
6
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
Nur Melikzade
Duzgun melumatdi.Amma indi nedense beyler agli yox uzu gozel olan xanimlarla aile qurmaqa can atir.
11 iyul 2016 00:18
5
İmza
Offline
YalniZ-ArZu
Bunu alimler bele subut edir,ancaq bezi kiwilerin beynine girmir.Evlenmekden otru axtardiqlari qizi mutleq avam,iki sozu bor yerde duzub qowub demeyi bacarmayan,oz wexsi fikri olmayan gormek isteyirler.Hele coxusu bilerekden ozunnen yawca cox kicik olan qizlarla evlenir.Cunki 15,16 yawli qizlari oz istedikleri kimi "terbiye"ede bilecekler.Ona goredir ki,bizim unini bitirmiw,artiq yetkin,olqun,agilli qizlarimiz var ki,hele de oz yarlarin tapmayiblar.Cunki ekser kiwiler elelerinnen qacirlar.
11 iyul 2016 00:11
4
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Agilli qadin her seyi derk edir. Bele qadinla qurulan aile uzun omurlu olur
11 iyul 2016 00:11
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
tebikide butun sorumlulu qadin ohdesine goturegey her isi qadin gorecek kiside derdsiz yasayacaq
10 iyul 2016 23:54
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
Maraqlı melumat oldu.Düzgün qeyd edilib heqiqeten de ağıllı qadın ile aile quran kişier daha xoşbext ve uzun ömürlü olurlar.
10 iyul 2016 23:37
1
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv