Çox gülən qadınlar tez kökəlir

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1128
Paylaş:
Səs ver:
(səs: 0)


 

 Qadınlar gülərkən bundan sonra daha diqqətli olmalıdırlar. Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı artırır. Komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq hissi yaradır. Bu səbəbdən arıqlamaq və gözəl bədən fiqurası saxlamaq üçün pəhriz saxlayan qadınlara mütəxəssislər komediya seriallarına baxmamağı məsləhət görür. Həmçinin kimsə onların yanında lətifə danışanda dərhal həmin yeri tərk etməlidirlər. Trillerlər və qorxulu filmlərə baxmaq isə qadınların iştahasını tamamilə küsdürür. Kaliforniyadakı nevroloji mərkəzin ekspertləri tərəfindən aparılan araşdırmada 14 qadın iştirak edib. Onlar DVD-də müxtəlif emosiyalı kinolentlərə baxıblar. İlk olaraq xanımlara sevimli komediyalarını nümayişləyiblər. Daha sonra isə "Sıravi Rayanın xilas edilməsi" filmindən qanlı fraqmentlər göstərilib. Bu filmlərə baxmazdan əvvəl və sonra isə təcrübəyə qatılanların qan nümunələri götürülüb. Məlum olub ki, gülüş nəticəsində orqanizmdə leptinin səviyyəsi 15 faiz aşağı düşür. Bu maddə isə iştahanı öldürür. Bunun əksinə olaraq aclıq hormonu kimi bilinən qrelinin miqdarı isə 9 faiz artır. Qanlı və qorxulu filmlərin nümayişindən sonra isə xanımlardan heç biri yemək istəmir. Bu fakt bir daha sübut edir ki, kök insanlar yumşaqürəkli və şən olurlar. Arıq xanımlarda isə qəddarlıq hissləri güclüdür. O da məlumdur ki, xanımlar şən gecələr zamanı qidaları nəzarət edilməyəcəyi səviyyədə qəbul edirlər və qəbul olunmuş qidalanma formasından kənara çıxırlar. Bunun əsas səbəbi isə şənlikdir.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1128
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv