Hamiləlikdə yalançı sancı əlamətləri

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 16 991
Səs ver:
(səs: 0)

++++Hamiləlikdə yalançı sancı əlamətləri

 

Əziz xanımlar, hamiləlikdə yalançı sancı əlamətlərini sizlərlə paylaşmaq istəyirəm. Bu xəbəri hazırlamaqda məqsədim odur ki,mənim kimi ana olmağa hazırlaşan, lakin bəzi məsələlərdən xəbərsiz olan xanımlarımız məlumatlansın. Bu arada artıq ana olmuş xanımlardan bu mövzuda bizlərə yardımçı olmasını istəyirəm. 

Yalancı sancılar sabit ağrılar deyil və nizamsız olur. Hamiləlikdə yalançı doğuş sancılarına "Braxton Hicks kontraksiyaları" deyilir. Bu sancılar əsasən hamiləliyin son 3 ayında başlayır, amma bəzi hallarda daha əvvəl də (4 aydan sonra) görülə bilər. Bu yalançı ağrı və ya sancılar uşaqlıqda açılışa və doğuşa səbəb olmasa da, bunları həqiqi ağrılardan seçmək lazımdır.


Hamiləlikdə yalançı sancı əlamətləri


 Bəs yalançı sancılar necə olur?

 


- Yalancı ağrılar nizamsız olur, ağrının başlayacağını öncədən təxmin edə bilməzsiniz. Gerçək doğum sancıları isə həmişə eyni aralıqlarla nizamlı gəlir və keçir.

 - Yalancı doğuş sancılarının tezliyi və şiddəti artmaz. Həqiqi doğuş sancıları getdikcə sıxlaşır və şiddəti artır.

 - Yalancı ağrılar mövqenizi dəyişməklə, ya da hərəkət etməklə keçər. Həqiqi ağrılar isə keçməz.

- Həqiqi ağrılar 30-60 saniyə çəkər. Yalançı ağrıların müddəti hər dəfə çox dəyişik olur, daha qısa (15-20 saniyə) çəkir.

 - Yalancı ağrılar ağrı verməkdən daha çox narahatlıq verir. Bu cür yalançı ağrılar zamanı uzanıb itirahət etmək məsləhət görülür. Bol su için, çünki bədəndə su azalması da belə sıxılmalara səbəb ola bilər. Buna baxmayaraq sancılar keçmirsə, həkimə müraciət etməlisiniz.

Allah butun xanımlarımıza analıq hissini doya-doya yaşamağı nəsib etsin, İnsAllah.


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 16 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri