Çillərlə necə mübarizə aparmaq olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 895
Səs ver:
(səs: 0)
 
Kimlərsə çilləri cəzbedici hesab edir, Kimlərsə ondan canını qurtarmağa çalışır. Əgər siz də ikinci qismə daxilsizsə işinizə yarayacaq bir necə metod təqdim edirik:

Əsasən açıq dərili insanlarda görülən, yayda günəşlə əlaqədar olaraq sayı artan, böyüməyə başlayan və rəngləri tündləşən çillər daha çox üz, sinə və bel bölgələrində olur. Ən esas artma səbəbi günəş olduğu üçün həssas cildlərə sahib olanların günəşdən qorunması gərəkdir.





Çillərdən qurtulmaq üçün mütəxəssislər kimyəvi peeling və lazer müalicəsi məsləhət görürlər. İki üsulla da çillərinizin rəngini açaraq ölçsünü kiçildə bilərsiz. Yararlı olması üçün kimyəvi peeling müalicəsi, çillərin sıxlığına görə 5 və 10 seans çəkə bilər. Lazer müalicəsi isə daha tez nəticə əldə etmənizə kömək olacaqdır.





Bunların xaricində ev daxilində mübarizə aparmaq istəyirsizsə bunun üçün limon suyu birbaşa metoddur. Limon suyu çillərinizin yox olmasını edəcəyi kimi eyni zamanda yağlı cildlər üçün də yaxşı bir təmizləyicidir.





Digər bir metod isə; bir yemək qaşığı kətan toxumunu qaynadın. Soyuduqdan sonra bir parça pambığın köməkliyi ilə çillərin üzərine qoyun. 20 dəqiqə dərinizdə saxladıqda bu metod çillər üçün peeling təsiri yaradacaqdır. Son olaraq bol su ilə yumağınız məsləhıtdir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri