Buzlu çayı hazırlamağı bizdən öyrənin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 397
Səs ver:
(səs: 0)

 Yayın istisində sərinlədici içki olan buzlu çayı hazırlamaq istəyən, amma bunu necə   edəcəyini bilməyənlər üçün onun tərifini yazmağı qərara aldıq. 


 İçindəkilər:
 2 fincan su
 Qabartma tozu
 Qara çay
 Şəkər
 Buz parçaları


 Tərifi:
 2 stəkan suyun içinə əlinizin ucunda çox az miqdarda qabartma tozunu əlavə edin və  qaynadın. Su qaynadıqdan sonra içinə çayı atın və qazı söndürün. 5-10 dəqiqə çayın dəmlənməsini gözləyin. Çox qaynatsanız, dadı acılaşa bilər. Buna xüsusilə diqqət edin. Daha sonra qab götürün və onun içinə dəmlədiyiniz çayı, şəkəri və bir miqdar soyuq suyu əlavə edin. Bir neçə saat soyuducunda gözlədin. Budur, buzlu çayınız hazırdır! Stəkanlara süzdükdən sonra çayın üzərinə buz parçalarını əlavə edin. Zövqə görə stəkanın kənarlarını limon və nanəylə bəzəyə bilərsiniz.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri