Gözəl qadınlar iş tapmaqda çətinlik çəkir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 024
Səs ver:
(səs: 0)

Araşdırmaya görə, gözəl qadınlar üçün iş tapmaq digərləri ilə müqayisədə daha çətinmiş. İsrailin Ben Gurion və Ariel universitetləri tərəfindən ortaq şəkildə aparılan araşdırmanın nəticələrinə görə CV-sinə fotoşəkilini qoyan gözəl qadınlar daha az müsahibəyə çağırılırmış.

Araşdırma çərçivəsində 2 min 500 gerçək iş elanına xəyali qadınlar tərəfindən müraciət edilib. İş elanlarına biri fotoşəkilli, digəri fotoşəkilsiz olmaq üzrə, bir-birinə bənzəyən CV-lər göndərilib. "Economist" jurnalının araşdırmalarına görə isə qadınlardan fərqli olaraq, məhz yaraşıqlı kişilər müsahibəyə daha çox çağrılırmış.

Tədqiqat zamanı gözəl qadınlardan birinin CV-si iş elanı üzrə eyni ünvana inadla 11 dəfə təkrar göndərildikdən sonra müsahibə üçün çağrılıb. Ben Gurion Universitetinin tədqiqatçısı Bradley Ruffle kişi və qadınların işə qəbulunda yaranan bu cür ayrıseçkiliyi xüsusi  qısqanclıqla bağlayır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 10 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri