Qadınlar

Şərhlər: 8
Baxılıb: 2 245
Səs ver:
(səs: 0)
QADINLAR duyğularını yaşamağı bilir... Davranışları səbəbsiz deyil... Qəlbi qırılarsa ağlar, təklikdə tökər göz yaşlarını,ağlayışının səbəbi kişinin ona təqdim edəcəyi sevgi deyil... Xoşbəxt olarsa qəhqəhələr çəkər,gülüşünün səbəbi diqqət çəkmək deyildir... Sevirsə qısqanır, qısqanc olmasının səbəbi özünə güvənsizlik deyil... Üzülərsə bir çiyinə ehtiyac duyar, dəstək istəməsi çarəsizliyindən deyil... Susqundursa səbəbi vardır, bir az özüylə tək buraxılması lazımdır.... QADINLARIN hissiyyatı güclüdür... Aldandıqlarını sezdikləri an hissləriylə onu gün işığına çıxarar... "Vida vaxtı gəldi" demənizə ehtiyac belə yoxdur...O, verdiyiniz mesajı çoxdan alıb, öz yolunu tutmuşdur artıq.... Təsəllisini əzizlədiyi gül-çiçəyində, evdə bəslədiyi heyvanında, mətbəxində yaratdığı xaliqələrdə tapar QADIN... Hər gediş QADINI daha qadınlaşdırar.... Gözyaşını da özü silməyi çox gözəl bilər..... QADIN DƏRYADIR.... Amma bütün bu möhtəşəm gücü ilə yanaşı içində şıltaq uşaq bəslər... Xəyalları, ümidləri boşa çıxsa da daxilindəki o uşaq yenidən onu ayağa qaldırar.... Yetər ki o uşağı öldürəcək qədər dərininə enməyin DƏRYANIN...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri