❤FƏDAKARDIR QADIN❤

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 4 470
Səs ver:
(səs: 1)
❤FƏDAKARDIR QADIN❤

Tam xoşbəxt olan qadın yoxdur həyatda.
Sadəcə
özünü xoşbəxt göstərən qadınlar var. Hər qadının
hökmən içində burxulduğu bir yer, bir incikliyi
vardır həyatdan. Özüylə baş-başa , təklikdə
qaldığında gözləri bir nöqtəyə dikilər, qəlbinin
söylədiklərinə sakitcə dərindən bir ah çəkəndir
qadın. Əslində qadını xoşbəxt etmək çox asandır.
Ən xırda şeylərdən uşaq kimi elə xoşbəxt olar ki
bəzən. Bütün çəkdiklərinə baxmayaraq hər halına
şükr edəndir qadın. Ən dözülməz vəziyyətində
belə halına şükr etməyə bir səbəb tapandır qadın.
Hər qadının ürəyində hamıdan gizlətdiyi bir dərdi
vardır əlbət.
Hər bir qadının bir əskik tərəfi ,
yarım qalmış bir hekayəsi vardır. Bəzən həyat
yoldaşından, bəzən ailəsindən, bəzən bəxtindən
yarımaz qadınlar. Amma yenə də özünü sındırmaz
xoşbəxt göstərər balaları naminə, yaxınlarının
rahatlığı naminə. Düşdüyü hər mühitə
uygunlaşmağa çalışandır qadin.
Bəzən dünyanın
yükünü çiynində, ən böyük acını qəlbində gəzdirsə
də dilindən şikayət kəlməsi çıxmayandır qadin.
Hər qadının gecəyə sirrini açmağı , gücsüzlüyünə
gizlicə ağlamağı olub. Yastığı islanmadan
böyüməz qadın. Hər qadının bir kədərli hekayəsi
mütləq vardır. Fədakardır qadın...Fədakardır
qadın....❤



(səs: 1)
Şərhlər: 12
Baxılıb: 4 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri