Susar qadın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 3 614
Səs ver:
(səs: 1)
Qadına qarşı zorakılıq elə keçmişdəki qədərdir. Bunun kökündə qadınlara verməli olduğumuz önəmi anlamaq və oxuduqca həm qadınların, həm də kişilərin doğrunu öyrənməsi yatır. Amma zorakılığı sadəcə kobud qüvvə ilə ifadə edə bilmərik. Psixoloji zorakılıq anlayışı, ya da buna bənzər anlayışlardan zamanımızda olduqca çox istifadə edilir. Başını örtdüyü üçün dini inancına, mini ətək geydiyi üçün yaşam tərzinə, kişilər kimi düşünmədiyi üçün düşüncəsinə, ağladığı üçün duyğularına, ağlamadığı üçün mətanətinə, danışdığı üçün dilinə, danışmayanda dilsizliyinə və s. xüsusiyyətlərə görə lap keçmiş zamanlardan bu günkü günə qədər qadınlar təzyiqə məruz qalıb. Nəyə görə?.. Çünki qorumaq məcburiyyətində olduğun namusun və sevməyə qadağa qoyan mentalitetin vardır.
Susar qadın

Soyuq olmaq məcburiyyətindədir, hiss etməməlidir, yaxşı görünməlidir. Amma elə də çox iddialı olmamalıdır. Kişinin yanınında yerini bilməlidir. Bu həyatda qadın olmaq günahdır, sevərsən "dəli" deyərlər, sevməzsən "pisdir" deyərlər.Susarsan "bir şey bilmir" deyərlər, danışarsan "dili uzundur" deyərlər.


Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq isə gücsüzlük. Qadın olmaq ətəyini uzun saxlamaqdır, başqalarının günahlarının cəzasını çəkməkdir. Qadın uşaqlıqdan bunlarla böyüdülür...

Q
adın uşaq olar - gülməyinə, oynamağına, ora-bura qaçmağına pis baxarlar. Qadağalar "Qız qismi ağır başlı olmalıdır" sözünü öyrədər. Susar! Qadın məktəbə gedər - oxumaq, yazmaq öyrənənə qədər. "Oxuyub nə olacaqsan, oxuyandan ev qadını olmaz" sözünü öyrənər. Susar!
Qadın olmaq...
Qadın gənc qız olar - gəzməyi, getməyi, gəlməyi haqda danışılar. Söz olmasın deyə pəncərədən çölə baxmaz. "Pis qadın" nə deməkdir?" bunu öyrənər. Susar!


Qadın ailə quracaq yaşa çatar - ər seçməz, seçilər. "Qız xeylağını buraxsan ya nağaraçıya gedər, ya da zurnaçıya" sözünü öyrənər. Susar! Qadın sözü dinləməz, yumruq yeyər, "Ərimin vurduğu yerdə gül bitər" sözünü öyrənər. Susar!

Qadın ana olar - ərinin uşağının anası olar. Oğlan doğmamış nə analığını, nə də qadınlığını sübut edə bilər. Oğlan doğar - ilk dəfə ər tərifi eşidər. "Kişi adamın kişi oğlu olar" sözünü öyrənər. Susar!

Qadın yaşlanıb ana olar - hörməti o yaşında görər. Danışmaq istəyər... artıq gecdir. Bu dünyadan köçüb gedər...

Qadın doğar, böyüdər, yaşadar, sonda dünyadan köçər... Susar!!!


(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri