Bir azda çantalar haqqında.

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 6238
Paylaş:
Səs ver:
(səs: 0)

 
Qadın çantası hər bir xanımın geyiminin əsas atributudur.  Müxtəlif rənglərdə, ölçülərdə, quruluşda olan bu çantalar göz oxşayır. Hətta qadını çantasız təsəvvür etmək çox çətindir. Qadın çantalarına nələr-nələr yerləşmir! Hamısını sadalamaq mümkün deyil! 

Çanta,
 sahibəsi haqda çox şey deyə bilər:
Dəbdə olan çantalar sahibəsinin dəblə ayaqlaşdığından xəbər verir. 
Böyük çanta sahibəsinin işgüzar xanım olmasından xəbər verir. Deməli o, gün ərzində bir çox işi yerinə yetirməlidir. 
Əgər çanta balaca və zərifdirsə- deməli onun sahibəsi hər işdə səliqəni sevir.
Çantalar üçün ən çox istifadə olunan parça dəridir. Dəri çantalar təmiz dəridən və ya dərini əvəz edən materialdan tikilir.
Çantalar bəzən biserlə bəzədilmiş, müxtəlif əl işi ilə işlənmiş bəzən də sadə olurlar. 
Quruluşuna görə qadın çantaları müxtəlifdir. Bu sahədə də dizaynerlerin təxəyyülü sərhədsizdir. Çantalar yumru, dördbucaqlı, düzbucaqlı və s. ola bilər. Ən son dəb tendensiyası: içinə hər şey yerləşən böyük və balaca zərif çantalar hər zaman öz aktuallığını qoruyub saxlayır.
Hər zaman özünə uyğun çanta seçmək heç də asan olmur. Onların müxtəlifliyi üzündən insan çaşıb qalır. Hər kəsin müxtəlif seçimi var. Kimi rənginə, ölçüsünə, qiymətinə görə alır. Kimi isə sadəcə xoşu gəldiyi üçün. 
Çanta alarkən bir məqamı qaçırmamaq gərəkir. Çanta nə qədər rəngli və orijinal olarsa bir o qədər dəbdən tez düşəcək. Çantanı bir sezonluq almayan kəslər bu məqama diqqət yetirməlidirlər. Eyni zamanda bu çanta sizə nəyə görə lazım olduğuna qərar verin. Rəngini, ölçüsünü, keyfiyyətini nəzərə alın. Yaxşı olar ki, sizin aldığınız çanta qarderobunuza uyğun gəlsin. Əgər siz alacağınız çantanı nə ilə geyinməyinizə dəqiq qərar verməmisinizsə onda yaxşı olar ki, neytral rənglərə üstünlük verəsiniz(ətrəngi,qara və ya ağ). Klassik variantda çantayla ayaqqabının rəngi uyğun gəlməlidir, amma indi artıq buna riayət etmək vacib deyil. Çanta seçərkən əsas bir şeyi yadınızda saxlayın - çanta xoşunuza gəlsin. 
 

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 6238
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv