Qadınlar belə kişi axtarır

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 811
Səs ver:
(səs: 0)
Bəzən nə xasiyyət, nə də xarici görünüş baxımından bəyənmədiyimiz kişilərin əslində qadınların sevimlisi olduğunu öyrənirik. Əgər siz hələ də qadınların hansı kişiləri sevdiyini müəyyənləşdirə bilməmisinizsə, məqaləmizi diqqətlə oxuyun.

Bu məqalədə sizə qadınların bəyəndiyi, bütün ömürlərini birlikdə keçirmək istədikləri kişilər haqqında məlumat verəcəyik.

Romantik sevgili
Bu kişilər klassik sevgiyə inanır. Davamlı olaraq sevgilisinə çiçəklər, şokoladlar alır və onun üçün romantik axşam yeməyi hazırlayır. Sevgilisinə tez-tez zəng edərək onu çox düşündüyünü söyləyir, gözlərinə baxaraq nə hiss etdiyini izah edir. Unutmayın ki, hər bir qadın təqdir edilmək üçün sevir, romantik sevgili isə daim qadınını təqdir edir. Eyni zamanda unutmayın ki, əgər sizin sevdiyiniz insan romantik sevgili arzulayırsa, özü də bunun qarşılığında eyni cür davranıb, sizi eyni qədər əzizləyəcək. Yəni, göstərdiyiniz heç bir münasibət qarşılıqsız qalmayacaq.

Özünəgüvənən kişi
Bu cür kişilər qarşı tərəf üzərində əsil nəzarətedici qüvvəyə malikdir. Qadınların özgüvəni olan kişiləri sevməsinin əsas səbəblərindən biri də onların heç bir halda digər kişiləri qısqanmaması, özlərini onlarla müqayisə etməmələridir. Çünki bu kişilərin özlərinə olan inamı bu xasiyyətlərinin inkişafına mane olur.
Özlərinə güvənən kişilər heç bir zaman hansısa bir hərəkəti edərkən qarşı tərəfdən təsdiq gözləmirlər və ən təəccüblüsü budur ki, onların bu hərəkəti sevgililərinin xoşuna gəlir.

Yaradıcı sevgili
Yaradıcı insanlar həyatın hər anını dəyərləndirərək yaşayır. Qarşı cinsin diqqətini cəlb etmək üçün yaradıcılıqlarından müxtəlif yöndə istifadə edirlər. Ona həsr olunan şeir, şəkil, musiqi parçası qadınların özlərini daha xüsusi hiss etməsinə səbəb olur. Sözsüz ki, bütün qadınlar özlərini əsil şahzadə kimi hiss edəcəkləri kişinin yanında olmağı seçirlər.

Dünyagörmüş sevgili
Qadınlar sözün hər iki mənasında yanlarında dünyagörmüş kişi görmək istəyir. Sizin səfər etdiyiniz ölkələrdə qarşılaşdığınız maraqlı məqamlar, oxuğunuz kitablardan gətirdiyiniz sitatlar qadınları sizə daha da yaxınlaşdıracaq, amma nə bu kitablar, nə də xarici ölkə haqqındakı məlumatlar hamının bildikləri olmamalıdır. Bununla siz ancaq qarşı tərəfdə təkrarçı, digərlərindən heç nə ilə fərqlənməyi bacarmayan kişi təəsüratı yarada bilərsiniz.

Ağıllı – zarafatcıl sevgili
İntellektual, eyni zamanda məzəli söhbət qızları cəlb etmək üçün ideal vasitədir. Qadınlar üçün belə kişilərlə münasibət qurmaq olduqca maraqlıdır. Ən əsası ona görə ki, onunla söhbətdən sıxılmaq mümkün deyil. Zaman irəlilədikcə saçlarınız tökülə, dəriniz qırışa bilər, əgər siz xanımınızın bəyəndiyi o incə yumor hissi ilə seçilən kişisinizsə, onun gözündən düşməyiniz mümkün deyil.

Düşüncəli, incə sevgili
Hər nə qədər qadınların sərt kişiləri sevdiyi düşünülsə də, bu heç də bütün xanımlara aid deyi. Doğrudur, xanımlar sizdən rəfiqələri qədər həssas, diqqətcil olmağınızı gözləmirlər, amma eyni zamanda heç vaxt oxşamağınızı istəmədikləri qonşuları Tofiq kişi kimi kobud davranmağınızı da arzulamırlar. Sadəcə onun yanında olmağınızı istədiyi çətin zamanlarda sevgilinizə dəstək olmağınız, onda güvənəcəyi insan təəsüratı yaratmağınız kifayətdir

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 811
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cema_Axodova
hamisi birinde olmur.ideal ne qadin var ne kiwi
12 fevral 2018 17:14
2
p.s
Offline
Efsuw2016
bu xebere serh yazan olmadigi ucun yeqin qadinlar kişi axtarmir hh niyəde axtaraqki hh qoy kisilər bizi axtarsinhh
6 fevral 2018 13:33
1
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri