Dar şalvar geyinənlər mütləq oxusun

Müəllif: aliceWOnDer
Şərhlər: 7
Baxılıb: 7 696
Səs ver:
(səs: 3)
Avstraliyada saatlarla dar cins şalvar geyinən qadın əzələ zədələnməsi, ayaqlarda şişmə və sinir sıxılması səbəbindən xəstəxanada 4 gün müalicə alıb.
 
Avstraliyadakı Royal Adelaide Xəstəxanasından Dr. Tomas Kimber, adı açıqlanmayan 35 yaşlı qadının 4 gün müalicə aldığını bildirib.
 
Dar cins şalvarın ayaqlara bu qədər zərər verməsinə təəccübləndiklərini ifadə edən Kimber, qadının rəfiqəsinə kömək etdiyini  və saatlarla əyilib qalxdığını, ertəsi gün ağrıları səbəbilə xəstəxanaya gəldiyini bildirdi.
 
Kimber, daha əvvəl də dar cins qasıqlarda sinir zədələnməsinə yol açdığına dair hallara rast gəlindiyini, ancaq ilk dəfə alt ayaqda bu növ sinir problemləri və ciddi əzələ zədələnmələri gördüklərini vurğulayıb.
 
Əyilib durmağın ayaqda əzələlərin sıxılmasına yol açaraq baldır əzələlərinə qan axınının azalmasına səbəb olduğunu deyən Kimber, dar cinsin bu vəziyyəti daha da ağırlaşdığına diqqəti çəkdi.
 
Xəstəxanada 4 günlük müalicədən sonra xəstənin tamamilə sağaldığını bildirən Kimber, "Problemin kifayət qədər əsnək olmayan parçadan qaynaqlandığını düşünürəm. Olduqca əsnək cins şalvarlar sinirləri və əzələləri sıxmayacaqdır" dedi, ancaq qadınları dar şalvarla əyilib qalxmaması barədə xəbərdarlıq edib.
 
Kimber, dar şalvar geyinib geyinməməyə dair suala isə, "Xeyir geyinmirəm. Ancaq təhlükəli olduğu üçün deyil, dar şalvar geymək üçün çox yaşlı olduğumdan" cavabını verdi.
 
Doktor Kimber və qrupunun "maraqlı hadisəyə" dair hesabatı "Journal of Neurology, Neurosurgery and Psychiatry" adlı jurnalda dərc olunub.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 7 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri