2016-cı ilin əsas bəzəyi bantlardır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 093
Səs ver:
(səs: 4)
Bantlar paltara bəzək verməklə yanaşı, ona xüsusi gözəllik də qatır. XVI və XVIII əsrlərdə markiz və markizaların mütləq saray dress-kodu olan bu atribut yüksək moda həftələrini zəbt etmişdi. 
 
Ötən il köynəklərin yaxasına əlavə olunmuş bantları bu il daha bir neçə yerdə də görə biləcəyik. Qısası, barokko və rokoko ilə sıx bağlı olan, həmçinin retro-mövzusunun incə elementlərindən sayılan, ən nəhayət, 70-ci illərin populyar bantları 2016-cl ilin əsas dəb tendensiyalarından biri olacaq.
 
2016-cı ilin yaz və yay kolleksiyalarının bir çoxunda bant detalına rast gəlmək mümkündür.
 
Bantlar barokko və rokoko üslubunun əsas elementlərindən biri kimi tanınır. Lakin bu dəfə dizaynerlərin ilham mənbəyi yapon mədəniyyəti olub. Bildiyimiz kimi, yaponların milli geyimi - kimono arxadan böyük bantla bərkidilir. Kimono Asiya mədəniyyətinin ayrılmaz hissəsidir. Onun kökləri isə mürəkkəb erotika fəlsəfəsinin bandaj şibari (çılpaq qadınları iplərlə bağlamaq) qolundan qaynaqlanır. Belə ki, iplə bağlama üsulu ənənəvi yapon qadınlarının gündəlik geyimində kəmər şəklində təzahür edib. Bu kəmərə obi deyilir. Obi kəmərinin 500-ə qədər bağlanma qaydası var.
 
Kəmər paltarı bağlamaq funksiyasından daha çox geyşaların bir növ şərəf simvolu sayılıb. Bəzi mənbələrdə geyşa geyimlərində istifadə edilən qurşaqların öz növbəsində uğur, xoşbəxtlik, məhəbbət və dostluq rəmzi olduğu da deyilir.
 
Bu gün bantlar bluzlarda, ətək, ayaqqabı və çantalarda kifayət qədər gözəl görünür. Yaxasında bant olan şifon bluzlar  təzadlı materialla, xüsusən də, tvid parçadan tikilən pencək, yaxud cinslərlə əla qalır. Bu köynəyin enlibalaq (trapes) şalvarlarla sintezi də hər zaman uğurlu alınır. Bantların sabolarla dəlisov oyunu da çox maraqlıdır.
 
"A.W.A.K.E”, "Maison Martin Margiela”, "J.W. Anderson”, "THE ROW”, "Gucci” kimi brendlərin kolleksiyalarında bant elementinə, hətta ayaqqabı, digər bəzək detallarında mürəkkəb konstruksiyalı bantların bolluğunu görmək olar. Bant tərəfdarlarının əsas nümayəndəsi "Gucci”nin kreativ dizayneri Alessandro Mikeledir. O, çəkinmədən konservativ estetikasına 70-ci illərin romantik-retro atributunu yenidən gündəmə gətirib.
 
Romantik bantlar hər bir xanıma zahiri görünüşündə özünə tam əminlik hiss etməyə imkan yaradacaq.

 

 

 

 

(səs: 4)
Şərhlər: 11
Baxılıb: 3 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri