Tarixin ən dahi şəxsiyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 358
Səs ver:
(səs: 3)
Tarixin ən dahi şəxsiyyəti. William James Sidis. Yəhudi əsilli ABŞ vətəndaşı olan Sidis 1898-ci ildə doğulub. 6 aylıq olarkən əlifbanı öyrənir, 18 aylıq olarkən artıq Times qəzetinin məqalələrini oxuya bilirdi. 3 yaşında ilk xarici dili olan Latıncanı öyrənir. İlk yeddi illik təhsili bir ilə bitirən Sidis 8 yaşında olarkən Latınca, İngiliscə, Fransızca, Almanca, Yunanca, İbranicə və Ruscanı bilair, hər məqaləni oxuya bilirdi. 8 yaşında Harvard universitetinə müraciət edir, bütün tələbləri ödədiyi halda universitet duyğusal yetkinliyə çatmadığını iddia edərək onu qəbul etmir. 11 yaşında yenidən cəhd edir və qəbul olur. Universitetdə 4 boyutlu obyektlər haqqında dərs deyir və universitet təhsilini 16 yaşında bitirir. İnsanın elmi işlər aparmaq üçün ideal yaşda, yəni 16 yaşında o, hüquqla məşğul olur. 4 kitab müəllifidir. 40 dil bilməsi ilə yanaşı Vindergood adlı öz dilini yaratmışdı. Marksist düşüncələrinə görə həbsə düşmüşdür. Ateist olduğu üçün çox sıxışdırılırdı, vaxtilə onun parlaq zəkası haqqında məqalələr yazan New York Times qəzeti onun haqqında tənqidi fikirlər nəşr edirdi. Bəzi mənbələrə görə həyat yoldaşı ilə həkimə getmiş IQ testi etdirmiş və nəticəsinin 300-ə yaxın olduğu ortaya çıxmışdır, bəzi mənbələrə görə isə IQ səviyyəsi 220 idi. Dəqiq bilinmədiyi üçün hazırda ən yüksək IQ Dr. Marilyn Vos Savant'dadır (228 IQ). Bütün başından keçən hadisələr onu elmdən soyutdu və ömrünün sonuna qədər elmlə məşğul olmadı. 46 il ömür sürdü, ölüm səbəbinin beyin qanaması olduğu deyildi. Əlavə olaraq qeyd edim ki, o işığı udan qara dəliklər haqqında fikirlər yürüdən ilk insanlardan idi. Dünyanın ən dahi insanı sayılsa da, onu Nicola Tesla isə müqayisə etsək, Sidis bəzi fikirlərin müəllifi idi,Tesla isə gördüyünüz, yaşadığınız müasir dünyanın müəllifidir.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri