Vizual olaraq ayaqları necə gözəl göstərək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 003
Səs ver:
(səs: 1)
Səliqəsiz ayaqlar, kök baldır, əyri bud... bunlar azmış kimi bir də ayaq ölçüsü və uzunluğu da biz xanımlara əlavə problem oldu. Hamımız istəyirik ki, ayaqlarımız daha cazibədar və gözəl görünsünlər. Bəs yaxşı bunu necə etməli, necə bacarmalı? Cavab üçün xəbərimi diqqətlə oxuyun.


Ayaq ölçüsü
Bir çox xanımların ortaq dərdi olan ayaq uzunluğuna çarə vardır. Ayaq ölçüsünün olduğundan gödək görünməyini istəyirsinizsə, burnu dairəvi olan və pəncə hissədən daha tünd rəngə çalan ayaqqabı seçin. Məsələn şəkildəki kimi.


Uzunsov ayaq
Ayaqlarınızın daha uzun görünməsini istəyirsinizsə, ayaqqabınızın rəngini dərinizin rəngində seçin. Nə qədər hündür daban olarsa və ətəyiniz nə qədər gödək olarsa, ayaqlarınız bir o qədər uzun görünər. Ən vacib məqam- geyinəcəyiniz corab(kapron)ayaqqabı rəngi ilə eyni olmalıdır.


Qalın pəncəli ayaq
Bəzən ən incəbel xanımın belə ətli pəncəsi ola bilər. Üzəri kəmərli olan hundur dabanlı ayaqqabı sayəsində pəncənizi daha zərif və incə göstərə bilərsiniz. Aqlarınızın ümumi uzunluğu gödək görünməsin deyə ayaqqabı rəngini corabınızdan və ya ət rənginizdən daha tünd seçin.


Kök ayaqlar
"Klyoş" şalvar sayəsində kök baldırlarınızı gizlədə bilərsiniz. Daha incə və zərif ayaq təəssüratı bəxş edərsiniz. Lakin burada vacib məqam var- alçaq boylu xanımlara belə şalvar məsləhət deyil.


Kök budlar
Əgər sizin yanlarınız Jennifer Lopesin yanları kimi cazibədardırsa, qoyun bu cazibə qısqananları çatlatsın. Yox əgər bu gözəlliyinizdən utanırsınıza, diqqət çəkməsini istəmirsinizsə, sizə "Plisse" ətəkləri məsləhət görərdim. Bu ətək sayəsində budunuz bir neçə sm kiçik görünəcək.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri