30-40 yaşlarda dəriyə qulluq

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 789
Səs ver:
(səs: 0)
Bu yaş həddində qırışlar daha nəzərəçarpan olur və onlarla mübarizə tamam başqa mərhələdə gedir. Kosmetologiyada və kosmetik vasitələr istehsalında inqilabi kəşflər onlardan çoxunun tərkibini bizim dərimizə uyğunlaşdırmağa müvəffəq olub. Bu cür vasitələrdən istifadə etməklə cavanlığınızı və gözəlliyinizi hələ uzun müddət qoruyub-saxlaya bilərsiniz.

Bu yaşda dəriyə artıq yetərli miqdarda hasil olunmayan gilauron turşusu lazımdır. Kosmetik vasitələrin istehsalı üçün onu təbii materiallardan alırlar.

Dərinin gilauron turşusu ilə doldurulmasıproseduru mezo-terapiya adlanır. İndiki zamanda onu xüsusi aparatların köməyilə iynəsiz üsulla həyata keçirirlər(oksigen təzyiqilə maddələri dərinin altına sıçradırlar).

Bütün bunlardan başqa, aşağıda göstərilən bəzi tövsiyələrə əməl etmək pis olmazdı:

Əgər yatmazdan əvvəl çoxlu maye içilməzsə üz şişkin görünməyəcək;

İmkan daxilində ayda 1 dəfə kosmetoloq yanına getmək lazımdır, belə ki, bu yaşdadəriyə peşəkar qulluq olduqca mühümdür;

İldə 2 dəfə özündə 5-7 seansı birləşdirən limfodrenaj masaj kurs keçirmək məsləhətdir. Verilən prosedurdan sonra qanın mikrosirkulyasiyası yaxşılaşır, dərinin tonusu artır, xırda qırışlarsa, demək olar ki, yoxa çıxır. Salon proseduruna alternativ kimi həftədə bir dəfə təmizləyici maska və özünümasajdan istifadə etmək olar;

Müdafiə xarakterli kremdən müntəzəm istifadə mütləqdir, özü də kollagen hasil edən vasitələrə üstünlük vermək lazımdır;

Qidalandırıcı krem quru və olduqca quru dəri üçün zəruridir. Onun tərkibində A, E, C, F vitaminləri olmalıdır;

Krem və dekorativ kosmetikanın tərkibində mütləq SPF-süzgəc olmalıdır;

Üz üçün zərdablardan istifadə mütləqdir,onları yalnız kremlə birgə işlətmək lazımdır. Zərdabların tərkibində epidermisin dərin qatlarına keçə bilən bioloji fəal komponentlərin konsentrasiyası güclüdür. Onlardan ildə iki dəfə – yaz və payızda istifadə etmək tövsiyə olunur;

Həftədə 2 dəfə tərkibinə elastin, kolagen, vitamin В, A və E, turşular və minerallar daxil olan təmizləyici, bərpaedici, təravətləndirici və nəmləndirici maskalar etmək məsləhətdir. Kombinə edilmiş dəriyə qulluq zamanı eyni zamanda iki növ maskadan – yağlı və quru dəri üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etmək olar. Cavanlaşdırıcı maskalar 2 həftədə 1 dəfədən çox olmamaq şərtilə həyata keçirilir;

Gözlərin ətrafındakı dəriyə qulluq mütləqdir, belə ki, yaşla bağlı dəyişikliklər, hər şeydən öncə, gözlərin altında nəzərə çarpan olur. Vasitəni konkret problemə uyğun seçmək lazımdır. Məsələn, tutqun torbaların və şişkinliyi aradan qaldırmaq üçün liftinq effektli krem məsləhətlidir;

Yatmazdan bilavasitə öncə dəriyə krem çəkmək düzgün deyil, əks təqdirdə səhərisi gün üz şişkin görünəcək.

Rasiona kələm, kərəviz və cəfəri şirələridaxil etmək tövsiyə olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri