Gözaltı qaralmaları necə aradan qaldırmaq olar?

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 5 535
Səs ver:
(səs: 0)
Göz ətrafında yaranan qırışlar və qaralmalar sanki qadınların qorxulu yuxusudur. Çünki üzdə ən çox diqqət çəkən bölgələrdən biri də gözlərdir.Daim daha gənc və gözəl görünmək istəyən qadınlar gözaltı qaralmalardan qaçmaq üçün əllərindən gələni edir. Göz altında yaranan qaralmalar müxtəlif səbəblərlə ortaya çıxa bilər. Bunlar arasında yuxusuzluq, yorğunluq, aşırı dərəcədə siqaret çəkmək, qocalıq, həddindən artıq stress, yanlış qidalanma kimi səbəblər də yer alır. Hətta bəzən gözaltı qaralmalar, bir xəstəliyin xəbərçisi də ola bilər.Bəs, gözaltı qaralmalar ilə necə mübarizə aparmaq olar?Nizamlı yuxu gözlər və göz ətrafı üçün olduqca əhəmiyyətlidir. Gündə ən az 7 saat yatmaqda fayda var. Yuxusuzluq gözlərinizin şişməsi və göz altında qaralmalar əmələ gəlməsinə səbəb olacaqdır.Gözləri istirahət etdirmək adına sallama çay paketlərindən istifadə edilə bilər. İki sallama çayı bir neçə dəqiqə üçün isti suda saxlamaq və sonra buzlu suya aldıqdan sonra burada da bir iki dəqiqə saxlayıb göz qapaqların üzərinə qoymaq kifayətdir. Bu sayədə gözlərin istirahəti təmin edilə bilər. Dinlənən gözlərdə şiş olmayacağı kimi, göz ətrafındakı tünd rəngli halqalardan xilas olmaq da mümkün olacaqdır.Göz altı qaralmaları azaltmaq üçün gözlərə hər gün buzlu su və ya buzla kompres tətbiq etmək də bir başqa çarədir. Bunun nəticəsində yaşanan bu problemin də bir həlli tapıla bilər.

Gözaltı bölgəsinin baxımına əhəmiyyət veriləndə və düzgün şəkildə qulluq edildikdə daha gənc və gözəl görünmək qədər, yaşını gizlətmək də mümkün ola bilər.

Zeytun yağı hər dərdə dərmandır. Göz altları üçün də istifadə edilə bilər. Zeytun yağına bir parça pambıq batırıldıqdan sonra, bu pambığı göz altındakı tünd halqalara qoyub 10 dəqiqə saxlamaq qaralmaların azalmasında təsirli olacaqdır.Razyana yarpağı da qoyun yunu da göz altı problemləri üçün olduqca faydalıdır. Çünki razyana içində olan A, B, C vitaminləri və razyana kalsium, dəmir və kükürd mənbəyi olması göz altı torbaları və qaralmaların ortadan qeyb olmasına imkan verir. 1 çay qaşığı razyana yarpağı, 1 çay fincanı suyla qaynadılıb baxıldıqdan sonra göz ətrafına çəkilir və 15 dəqiqə saxlanılır. Son proses olaraq ilıq suyla göz hissəsi yuyulur və qurulanır.Göz altında yaranan qaralmalardan xilas olmaq üçün qızçiçəyi vannası etmək də faydalıdır. Bir fincan bişmiş su içinə 1 qaşıq quru qızçiçəyi çiçəyi qoyulub, 20 dəqiqə istirahəti üçün saxlanılır. Süzdükdən sonra qızçiçəyi suyuna pambıq batırılaraq, pambıqlar göz qapaqlarına yerləşdirilir və 10 dəqiqə saxlanılır. Quruyan pambıqları təkrar islatmaq lazımdır. Aparılan bu əməliyyatla yorğun gözlərin dincəlməsini təmin edərkən, şişkinlik, qızartı və yanmalar da ortadan qaldırıla bilər.Xiyar istifadə edərək də göz altlarına qulluq edilə bilər. Qabıqları ilə birlikdə sürtkəcdən keçirilən xiyarın suyu soyuducusunda saxlanıldıqdan sonra, pambıq köməyiylə soyuq olaraq göz altlarına və göz qapaqlarına sürtülür və on beş dəqiqə saxlanıldıqdan sonra sürülən bölgələr yaxşıca yuyulur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri