Yağlı dərilər üçün evdə hazırlanan 5 təbii maska

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 395
Səs ver:
(səs: 0)
Yağlı dəriyə qulluqda ev istehsalı və təbii məzmunlu maskalar ən təsirli olanlardır. Bu maskalar dərinin yağ nisbətini azaldaraq qara nöqtə və sızanaq meydana gəlməsinə də maneə törədir.

Qadınla.com yağlı dərilərə uyğun maskaları təqdim edir:

1. Xiyar-yumurta maskası
- 1 yemək qaşığı xiyar suyu, 1 yumurta ağı, bir neçə damcı limon suyu, yarım çay qaşığı gil.

Hazırlanması
: Bütün vəsaitləriyumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Qarışığı göz ətrafına dəydirmədən bütün üzünüzə diqqətlə çəkin. 15-20dəqiqə gözlədin və ilıq suyla durulayın.

2. Ərik və Qatıq maskası
- 1 ədəd ərik, 1 yemək qaşığı qatıq.

Hazırlanması:
Əriyi blenderdən keçirdin, qatığı və gili əlavə edib qarışdırın. Göz ətrafında başqa, bütün üzünüzə sürtün. 20 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.

3. Bal və Banan maskası
- 3 xörək qaşığı banan, 1 çay qaşığı bal, bir neçə damcı limon suyu.

Hazırlanması:
Bütün vəsaitləriyumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.

4. Nanə, Qatıq və Banan maskası
- 1 xörək qaşığı banan, 1 xörək qaşığı qatıq, 5 damcı nanə yağı, 1 çay qaşığı limon suyu.

Hazırlanması:
Bütün vəsaitləriyumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.

5. Çiyələk-Limon maskası
- 8 ədəd çiyələk, bir neçə damcı limon suyu,1 çay qaşığı gil.

Hazırlanması:
Bütün vəsaitləriyumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkilərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri