Dərinizə çıxan saç boyası ləkəsindən bu üsulla xilas olun

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 877
Səs ver:
(səs: 0)
Saç boyalarından istifadə bir çox qadınların ən yaxın gözəllik vasitəsidir. Ancaq saça vurulan zaman gözlənilməz qəzalar ortaya çıxa bilər. Bu zaman yaranan problemlərdən biri rəngin dəriyə düşməsidir. Bunu təmizləmək isə uzun zaman tələb edə bilər.

Vazelin – Saçlarınızı rəngləməzdən qabaq vazelindən istifadə edə bilərsiniz.. Bunu saç xəttinizə, qulaq nahiyyənizə çəkin. Ancaq uşaq saçlarına vazelin çəkmək tövsiyə edilmir. Çünki bu boyanın saç diblərinə nüfuz etməsinə mane olacaq. Vazelin dərinizə yapışan boya ləkələrinin daha asan çıxmasına kömək edəcək.

Digər vasitə isə üz təmizləmə geli və nəmli dəsmaldır. Boyadan sonra yaranan ləkələri qısa müddət ərzində təmizləməyinizda fayda var. Bunun üçün boyanız bitdikdən sonra üz təmizləmə geli və ya şampun yardımı ilə yuyun. Daha sonra isti su ilə nəmləndirilmiş yumşaq bir dəsmal ilə boyaların olduğu hissələri yüngül hərəkətlərlə təmizləyin.

Həmçinin limon suyundan da istifadə edə bilərsiniz. Bunun üçün batan alnınıza limon suyunu çəkin və masaj edərək silməyə çalışın.

Qeyd edək ki, bütün üsulları daha tez etməkdə fayda var. Əks halda boya qaldıqca ləkəni çıxartmaq daha da çətinləşəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 877
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri