Tərləməni və tər qoxusunu kəsən1 manatlıq vasitə

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 533
Səs ver:
(səs: 0)
Bu ucuz vasitə sovet vaxtlarında olduqca geniş istifadə olunurdu. Söhbət Teymurov pastasından gedir.
Bəzi məlumatlara görə, bu vasitənı keçmiş əsrin 50-ci illərində Bakıdan olan həkim Teymurov ixtira edib.
Teymurov pastası qoltuğaltı nahiyələri və ayaqlarda həddindən artıq tərləmə ilə (hiperhidrozla) mübarizə aparır, pis tər qoxusundan xilas edir.

Qadınla.Com bildirir ki, pasta həmçinin göbələk əleyhinə təsirə malikdir, dəriyə iltihabəleyhinə və antiseptik təsir edir.
Pasta axşam yatmazdan əvvəl nazik qatla (!) təmiz və quru ayaq və qoltuğaltı nahiyələrinə çəkilir, səhər isə yuyulur. Nəticədə dəri gün ərzinə quru qalır, pis qoxu olmur. Ağır hallarda pasta gündə 2-3 dəfə istifadə oluna bilər. Effekt əldə etmək üçün pastanı 1 həftə ərzində hər gün istifadə etmək lazımdır.

Pastanın tərkibində bor və salisil turşuları, nanə yağı, sink kimi ziyansız maddələrlə yanaşı formaldegid və qurğuşun kimi toksiki təsirə malik olan maddələr var. Təbii ki, bu maddələrin pastanın tərkibində miqdarı çox azdır və bu da onların orqanizmə olan mənfi təsrini demək olar yox edir. Lakin hər halda ehtiyatlı olmaq lazımdır. Pastanı böyük nahiyələrə çəkmək, uzun müddət ərzində istifadə etmək olmaz!
Pastanın istifadəsinə bəzi əks-göstərişləri də mövcuddur: allergiya, dərinin irinli-iltihablı xəstəlikləri, irinli səpkilər, pasta çəkilən yerlərdə dərinin zədələnməsi, açıq yaralar, xroniki böyrək xəstəlikləri, bronxial astma. 14 yaşına qədər uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar pastadan istifadə etməməlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri