Evdə gözəllik maskaları

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 031
Səs ver:
(səs: 0)
Limon suyu və gül suyunu zeytunyağıyla qarışdırın.Yaranan kremi gecə yatarkən çəkin. Qara nöqtə və sızanaqlara yaxşı gələcəkdir.
 
Hindqozu yağı və hintyağını qarışdırıb barmaq uclarınıza çəkərək, gözaltlarınıza, əmilənə qədər çəkməniz, gözaltı torbalanmasına qarşı yaxşı bir tətbiqdir.
Üzünüzdəki dərinin yenilənməsi və təzələnilməsi üçün çox sadə bir üsul, bir 2-3 yemək qaşığı dəniz duzunu, yaş dərinizə tətbiq edin, sonra da əllərinizlə ya da bir liflə, bir iki dəqiqə masaj edin. Burada işin püf nöqtəsi dərinizi zədələməmək  üçün basdırmamaq, gözlərdən qaçınıb t bölgəsinə sıxlaşmaq, əməliyyatı nizamlı təkrarlamaqdır. Ancaq həftədə bir dəfədən çox etməniz alergiyaya səbəb ola bilər. 

Gözlər üçün, artıq hər kəsin bildiyi, kəsilmiş xiyarı gözlərdə gözlətmənin yanında, iki parça pambığı, soyuq südə bulayaraq da gözlərin və ətrafına tətbiq edə bilərsiniz. Bu tətbiq faydasının yanında sizə, rahatlıq və fərahlıq hissi də verəcək.

Quruyan dərinizə zeytunyağı da cəkə bilərsiniz. Zeytunyağı, kremlər kimi qalıq buraxmaz və tamamilə əmilər. Sabundan baxım kreminə, saysız məhsulun, içində zeytunyağı olmasıyla öyündüyünü də diqqətə alsanız, zeytunyağının nə qədər faydalı olduğu haqqında bir fikir əldə edə bilərsiniz.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri