Tərkibi:
3 xörək qaşığı şirin badam yağı
3 xörək qaşığı lanolin
2 xörək qaşığı kakao yağı
2 çay qaşığı gül suyu
½ çay qaşığı süzmə bal
Hazırlanması:
Badam yağı,lanolin və kakao yağını buxarda əridin. Krem şəklinə gəlincəyə qədər qarışdırın. İçinə gül suyu və balı əlavə edin. Yenidən soyuyana qədər qarışdırın. Bu krem dəridə əla effekt verir. Bir müddətdən sonra nəticəni sizdə görəcəksiniz.
P.S. Dərinizin kremdəki komponentlərə qarşı həssaslığını yoxlamağı unutmayın.