Dərinin sağlam rəngini necə qaytarmalı?

Müəllif: NoName
Şərhlər: 10
Baxılıb: 1808
Paylaş:
Səs ver:
(səs: 1)
Solğun üz, tutqun dəri, göz ətrafındakı qara halqalar müasir qadının üzündə tez-tez rast gəlinən adi əlamətlərdir.

Bəs, üz dərisinin tutqunlaşmasının qarşısını necə almaq olar? Onu əvvəlki vəziyyətinə qaytarmaq, cəlbedici və parlaq olması üçün nə etməliyik?

Qədim dövrlərdə nənələrimiz dərilərinə klassik üsullarla qulluq  ediblər. Onların yolu ilə gedib üz dərisinin təravətli və parıltılı görünməsinə ev şəraitində də nail ola bilərsiniz. Ona görə də gözəllik bölməsi hər zaman aktual olan maska reseptini təqdim edir.

Əsas inqrediyentlər: Kəsmik, qatıq, bal, kök, yumurta ağı, nişasta, zeytun yağı və limon şirəsi.

Üz dərisi üçün kəsmik maskası
Bu maska quru dərilər üçün idealdır. 1 çay qaşığı kefiri və kəsmiyi 1 çay qaşığı balla qarışdırın. Maskanı masaj edərək üzə çəkin. 15-20 dəqiqədən sonra isladılmış pambıq diskin köməyi ilə və isti su ilə yuyun.

Zeytun yağı ilə kök maskası
Yağlı dəri üçün tövsiyə olunan bu maska üçün 1 çay qaşığı rəndələnmiş yerkökü, 1 yumurta ağı, nişasta və bir az zeytun yağını qarışdırın. Qarışığı təmizlənmiş dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İsti suyla isladılmış pambıq tamponla maska qalıqlarını təmizləyin. Bu maskanı ayda 2-3 dəfə etmək kifayətdir ki, dəriniz əvvəlki sağlamlığına qovuşsun.

Limon maskası
Limon maskası yağlı dərilər üçündür. Bu maska dərini vitaminlərlə təmin edir, ona parlaqlıq verir və sağlamlığını özünə qaytarır. 1 çay qaşığı limon şirəsi ilə 1 çay qaşığı balı qarışdırın. Maskanı üzə masaj hərəkətləri ilə çəkin. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.

Normal dərilər üçün alma maskası
Alma püresinə qaymaq, yumurta, zeytun yağı əlavə edin. Maskanı üzə çəkib 20 dəqiqə gözləyin. daha sonra isti su ilə yuyun.

Piqment ləkələri təmizləyən kabak maskası
Kabakı rəndələyib üstünə bərabər miqdarda mineral su əlavə edin. Alınmış qarışığın yarısı qədər bal da əlavə edin. Maskanı hər gün çəkmək lazımdır. Effektini 2 həftə sonra görəcəksiniz.

Dərinin tonusunu yüksəltmək üçün yerkökü maskası
Kök maskası dəri məsamələrini təmizləyib, tonusunu yüksəldəcək, ona təravət bəxş edəcək. Bunun üçün  2 həb spirulina olmaqla, 0,5 çay qaşığı ağ gil və körpə pudrası lazımdır. Onları bir qaba töküb qarışdırın. Üzərinə isə yerkökü siropu əlavə edin. Maskanı üzə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.

Əgər hər hansı maskanı hazırlamağa vaxtınız yoxdursa, onda zeytun yağını, yaxud da balı üzünüzə çəkməklə kifayətlə bilərsiniz.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 1808
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mammadova Aysel
lazimli xeberdir.
24 avqust 2015 10:23
10
Offline
Little girl
Limonlu maskanı etmək olar.
22 avqust 2015 18:06
9
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
Dosta_inam
Faydali meslehetdir, deri rengim sarisindir.
Bu cur masqalardan herden istifade edirem.
21 avqust 2015 14:41
8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
heleki ehtiyag duymuram
21 avqust 2015 13:57
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
tatyana
Qisda hemise edirem bucur maskalardan yayda lap cox ehtiyac olsada etmeye vaxtmi olmur ve ya tenbellesiremmi bilmirem gec gec edirem maskalar
21 avqust 2015 01:19
6
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Catwoman666
Dəri tonum tünddür. Çox sevirəm dəri rəngimi.

...666...
21 avqust 2015 00:23
5
Viking
Offline
rəmsə
Məncə ən rahat və effektli üsul sonuncu üsuldu.Təkcə balın və yaxud da təkcə zeytun yağının dəriyə o qədər faydası varki,müxtəlif tərkibli maskaları hazırlamağa dəyməz.Ən əsası üzü canlandırır və nəmləndirir...
20 avqust 2015 19:47
4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
sevgi dunyam
tez tez derimin rengi deyiwir gah ag olur gah qara gah qariwiq hami deyirki uzune maska qoymaqdandir
20 avqust 2015 19:18
3
Mezun 11a...2016
Offline
ALESSANDRA
deri rengim günü günden ağarir
diyesen axirda esmerliyimden eser elamet qalmiycaq 18
20 avqust 2015 19:07
2
Don't trust anyone ∆
Online
BARBI
derim oz rengindedir.bezen yay aylarinda derimde ferqli ton olur.
20 avqust 2015 19:05
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv