Botoksa ehtiyac qalmayacaq

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 2 241
Səs ver:
(səs: 2)
Dəridə qırışlar görünən kimi cinsindən asılı olmayaraq, qocalma hissi vəlvələ insanda yaradır. Qadınların əksəriyyəti qırışları görməmək üçün botoksa qaçırlar.

Sizə təqdim edəcəyimiz maska dərinin gözaltı və mimik qırışlarını, yorğunluğu aradan qaldırır. Gəlin maskanın hazırlanmasına diqqət edək.

1x.q kartof nişastası qaba tökülür, üzərinə 100 ml soyuq su əlavə edilib qarışdırılır. 500 ml qaynar su yenidən əlavə edilir. Odun üzərində qatılaşana kimi qarışdırırlır. Sonra soyudulur. 5x.q kök suyu əlavə edilir, 1x.q yağlı smetan, ya da qaymaq qatılır. Yaxşı-yaxşı qarışdırılır. Üzə nazik təbəqə çəkilir, 20-25 dəqiqə üzdə saxlanılır. Sonra üz yuyulur və krem çəkillir. Qalan məhlul 3 gün ərzində soyuducuda  saxlayaraq, istifadə edə bilərsiniz.

Bu maska çox gözəl üsuldu. Hətta dərin qırışların da açılmasına və dərinin yumuşalmasına kömək edir. İstifadə edin, baxın. Dəriniz botoksdan seçilməyəcək. Yaxşı olar ki, 3 gün ərzində dalbadal maskanı üzə çəkəsiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri