Çatlayan dodaqlar üçün qidalandırıcı maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 381
Səs ver:
(səs: 0)
Ətrar mühitin, eləcə də, yeyib-içdiklərimizin təsirilə dodaqlarımız tez-tez quruyub çatlayır. Bunun qarşısını almaq üçün mütəmadi olaraq dodaq balzamlarından istifadə etmək lazımdır. Ancaq baxımlı və dolğun görünən dodaqlar üçün mütləq xüsusi maskalara müraciət etməlisiniz.
 
Xiyar maskası
1 xörək qaşığı qatıqla 1 xörək qaşığı balı qarışdırın. Daha sonra bir neçə dilim xiyarı əzərək suyunu çıxarın. Bu suyu bal və limonun üzərinə əlavə edərək qarışdırın.
Maskanı dodaqlarınıza çəkib 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.
 
Badam yağı maskası
1 çay qaşığı bal ilə eyni miqdardakı badam yağını qarışdırıb aşağı odda bir az qızıdırın. Daha sonra vanil əlavə edin. Yaxşıca
qarışdırdıqdan sonra dodaqlarınızı onunla masaj edin. 15 dəqiqə sonra maskanı təmizləyin.
 
Ballı pomidor maskası
Bu maska üçün 1 xörək qaşığı bala, 1 xörək qaşığı qatığa, 1 ədəd pomidora ehtiyacınız olacaq. Pomidoru püre halına gətirin. İçərisinə balı və qatığı əlavə edib qarışdırın. Maskanı dodaqlaırnıza çəkib
20 dəqiqə gözləyin. Maska quruduqdan sonra ilıq su ilə təmizləyin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri