Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 2 659
Səs ver:
(səs: 4)
Sızanaqlardan, qara nöqtələrdən xilas olmaq üçün ən yaxşı vasitə limondur. Tərkibi C vitamini ilə zəngin olan bu sitrus meyvəsi dəri üçün çox xeyirlidir.

Limon həm də antibakterial xüsusiyyət daşıdığından dəridəki mikrobları öldürür. Dəri məsamələrinin kiçilməsi üçün də limondan istifadə etmək olar. Bu meyvədən müxtəlif maskalar hazırlaya bilərsiniz. Ancaq maska problemi müvəqqəti olaraq həll edəcək.

Bu toniki hazırlamaq çox asandır. 1 ədəd limonu sıxıb onun şirəsini 1 stəkan su ilə qarışdırın. Səhər və axşam pambığın köməkliyi ilə bu toniki üzünüzə çəkin. Üzü yumağa ehtiyac yoxdur. Tonikin ardınca dəri tipinizə uyğun kremlərinizi çəkə bilərsiniz.

Limon tonikinin faydaları:
Dərinin daha gənc və təravətli görünməsini təmin edir. Sızanaqları sağaldır, sızanaq izlərini, qara nöqtələri aradan qaldırır. Dərinin yağlılığını tənzimləyir, onu mikroblardan və çirkdən təmizləyir.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri