Ayaq dabanlarına qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 836
Səs ver:
(səs: 4)
Yalnız sağlam və gözəl ayaqlar sizə həyatınız boyu rahat gəzməyi təmin edə bilər.

Xanımlar saatlarla üzlərinə, dırnaqlarına, saçlarına qulluq etdiklərinə baxmayaraq, dabanlara qulluq üçün bəzən həftədə iki saat belə ayıra bilmirlər. Daban qulluğu üçün bəzi məsləhətləri təqdim edirik.

Dabanda sərtləşmiş dəri qatını götürmək və bir daha onun yaranmaması üçün daban daşından, müxtəlif fırçalardan, krem – pilinqlərdən istifadə edin. Dəri qatının alınmasını asandlaşdırmaq üçün ilk öncə ayağınızı isti suda bir müddət saxlayın ki, dəriniz yumuşalsın. Suya müxtəlif otlardan və efir yağlarından qatmaq olar. Dəriniz yumuşaldıqdan sonra daban daşından və ya sair vasitələrdən istifadə etmək olar.

Bu prosesdən sonra dərin təmizlik üçün intensiv masaj hərəkətləri ilə krem – pilinqi dərinizə sürtün. Krem – pilinq sabunsuz isti su ilə yuyulur. Müasir dövrdə krem – pilinq seçimi olduqca genişdir, sizə uyğun olanı əldə edin.

Sonra dabanlarınıza nəmləndirici və yumaşaldıcı kremlərdən sürtməyiniz məsləhətdir. Əlbəttə bu cür prosedurları hər gün etmək lazım deyil, həftədə bir-iki dəfə olsa yetərlidir. Digər günlərdə kremlərdən istifadə edə bilərsiz. Daban dərinizin yumuşaq olmağını istəyirsiniz isə süd məhsullarından maskalar edin, misal üçün qatıqdan.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri