Sızanaq izlərini necə aparmaq olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 184
Səs ver:
(səs: 0)
Sızanaq izlərindən evdə özünüz hazırladığınız maska və məlhəmlərlə qurtula biləcəyinizi bilirdinizmi? İzlərin keçməsi davamlı istifadə və diqqətə bağlı olaraq inkişaf göstərir. Əlbəttə bu inkişaf sızanaq izlərinin dərinliyinə və boyuna bağlı olaraq dəyişir. Bu səbəbdən dərin sızanaq izləri üçün birdən-birə keçməsini gözləməmək və səbrlə maskaları istifadə etməyə davam etmək lazımdır. İndi isə sizə sızanaqlarınızdan qurtulmaq üçün effektli maska reseptini təqdim edirik:

Lazım olan vasitələr:
1 çay qaşığı bal
1 yumurta ağı
1 yemək qaşığı süd
1 çay qaşığı alma sirkəsi
8-10 ədəd cəfəri

Hazırlanması:
Yumurta ağını köpüklənənə qədər mikser ilə çırpın. Cəfərini blenderlə yaxşıca əzərək püre halına gətirin və yumurta ağı köpüyünə əlavə edin. Digər ərzaqları da əlavə edərək qarışdırın. Bu maskanı ləkəli dəriyə çəkin və quruyanadək gözləyin. Daha sonra ilıq su ilə təmizləyin və toniklə üzünüzü silin.
Qeyd: Maskadan istifadə etmədən öncə dərinizin kiçik bir bölgəsində onu yoxlayın. Əgər dərinizdə həssaslıq yaradarsa və ya sadalanan ərzaqlardan hər hansına allergiyanız varsa, istifadə etməyin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri