Dərinin məsaməli olmaması üçün bunları edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 14 467
Səs ver:
(səs: 1)
Qadınlarda dərinin məsaməli olması bir problemə çevirilib. Bu əsasən düzgün qidalanmamaqdan, stressdən, keyfiyyətsiz kosmetikadan, genetik nəticələrdən irəli gəlir. Əsasən dəridə 35 yaşdan sonra özünü biruzə verir. Dərinin məsaməli olmasını aradan qaldırmaq üçün sizə bir neçə resept araşdırılıb. Onları sizə təqdim edirik:
1. ½ x.q kalendula və çobanyastığı qarışığı 30-40 dəqiqə dəmlənilir. Sonra islanmış cuna ilə dəriyə kompress edilir. Bu dəmləmə dərini canlandırır və dartır.
2. 1x.q yuxarıdakı dəmləmə, 1 yumurta ağı və bir neçə damcı limon suyu qarışdırılır 15-20 dəqiqə üzə yaxılır.
3. Çobanyastığı, dazı otu, kalendula dəmlənilir və buz halına salınıb hər gün üz silinir. Bu dəmləmə dərinin iltihablanmasının qarşısını alır və dərini parlaqlaşdırır.
4. 1x.q gil, su smetan, 1ç.q limon suyu. Qarışdırılır qalın lay dəriyə yaxılır və quruyana kimi gözlənilir. İlıq su ilə yuyulur. Maska çox gözəl təmizləyici və məsamələrin açılmasına kömək edir.
5. 1x.q jelatin, 2x.q süd qarışığı 5 dəqiqə isti yerdə saxlanılır. Saçlara, qaşlara, gözlərə dəymədən dəriyə yaxılır. Quruyanda bir anda dəridən soyulub çıxarılır.
6. Hər gün dəriyə 20 dəqiqəlik qatıq yaxılır. Bu dərini məsamələri açır, ağardır, təmizləyir və dərini dartır. 1 həftə etdikdə effekti görəcəksiniz.
7. Bal ən gözəl dərirnin məsamələrini açmağa kömək edən vasitədir. 2ç.q bal, limon suyu qarışdırılır və dəri massaj edilir. Əlavə olaraq 10 dəqiqə də saxlanılır.
8. Yulaf yarması ya unu 2x.q, 1 yumurta ağı qarışdırılır. 20 dəqiqə üzdə saxlanılır. İlıq su ilə yuyulur və dəmləmələrlə isladılmış pambıqla dəri silinir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 14 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri