Gözəl bir dəriyə sahib olmaq və illərə meydan oxumaq hər qadının
xəyalıdır. Bu baxımdan məhz dərimiz xarici görünüşümüzün ən mühüm
parçasıdır. İstədiyimiz qədər gözəl bir dəri və cizgilərə sahib olaq,
ancaq dərimiz sağlam deyilsə, bunun heç bir qiyməti olmaz.
Evdə dərini cavanlaşdırmağın yollarını təqdim edirik.
Ən sadə yolu sağlam qidalanmaqdır
Gözəl dəriyə sahib olmağın yolu onu qorumaqdan və baxımdan keçir.
Dərinin qırışmaması, sallanmaması və ləkələnməməsi üçün ediləcək
nəsnələr əslində çox sadədir. Ən asan yol isə sağlam qidalanmaqdır.
Dəri üçün bədənə lazımlı vitamin, mineral, antioksidan və protein
qəbulu şərtdir. Buna görə öz balansında ət, süd məhsulları və çərəzlər
yemək, qidalanmada meyvə, tərəvəz və paxlalılara yer vermək lazımdır.
Onu da unutmayın ki, yüksək karbohidratlı qidalar dərini yaşlandırır,
qırışdırır, sallanmasına səbəb olur. Buna görə xəmir işi və şəkərli
qidalardan uzaq durun.
Erkən yaşda dəridəki sallanma və üz ovalının pozulmasının ən əsas
səbəblərindən biri isə kökəlib arıqlamaqdır. Buna görə kökəlməməyə
çalışın.
Qırışmanın ən əsas səbəbi günəşdir
Üz dərisinin qırışmasının ən vacib digər səbəbi isə günəşdir.
Təəssüf ki, sadəcə yayda deyil, qışda da pəncərənin arxasında otağa
saçan günəş şüaları bizi yaşlandırır. Yay, ya qış demədən bayıra
çıxarkən ən az 30 qoruyucu faktorlu günəş kremi vurmağı unutmayın. Bu
arada göz ətrafı və boyun dərisini də günəşdən qorumağa laqeyd
yanaşmayın.
Dərimizin ifraz etdiyi yağlar çox sevilməsə də, əslində çox
faydalıdır. Misal olaraq, dərinin sebum yağı dəri üçün faydalı olan
vitamin, mineral, antioksidan tərkiblidir. Sebum dərini qidalandırır.
Sebum az olan bölgələrdə hüceyrə də azdır. Bu kasadlıq gözətrafı, boyun
və əllərdə daha çox olduğundan həmin bölgələr daha tez qırışır və
sallanır. Bu, eyni zamanda quru dərilərin niyə tez qırışdığını da
açıqlayır. Buna görə gözətrafı, əl və boyun bölgələri üçün gənc
yaşlardan etibarən zəngin nəmləndirici kremlər istifadə edilməlidir.
Üz qırışması və sallanmasına səbəb olan bir digər səbəb isə üzüstü
və ya yan yatmaqdır. Əslində ən ideal yatış forması kürəyi üstə olsa da,
bir çox insan bunu bacarmır. Ancaq kürəyi üstə yatmağı vərdiş halına
gətirin.
Kök və şiş üzlər daha tez sallanır. Bu cür üzlərə hər səhər masaj
edilməlidir. Gözətrafı, alın, orta və alt üz və boyuna içəridən bayıra
doğru drenaj masaj etmək dəridə yığılan mayeləri ataraq üzə ağırlıq
etməsinə və buna bağlı sallanmasına əngəl olur. Sabahlar üz şişdiyi üçün
masajlar erkən saatlarda edilməlidir.
Mətbəxdəki qidalardan faydalanın
Mətbəximiz möcüzələrlə doludur. Bunlardan faydalanmaq lazımdır.
Limon, kivi, üzüm, alma, naringi, portağal kimi nə qədər meyvə varsa,
duşa girmədən əvvəl dərinizə sürtərək vitamin və antioksidanla dərinizi
doldura bilərsiniz.
Ancaq bunu etdikdən sonra dəridə göynəmə, ya qaşınma hiss edilsə,
dəri dərhal yuyulmalıdır. Dərisi quru olanlar zeytun yağı, qarğıdalı
yağı və üzüm çəyirdəyi yağından faydalana bilərlər. Yulaf və kəpəkdə
dərini sakitləşdirən maddələr və B vitamini var. Dərisi həssas olanlar
isə yulaf və kəpəyi bir tülbənd içində ilıq suda 10 dəqiqə saxladıqdan
sonra tülbəndi sıxsın, sıxılan suyu üzlərinə sürtsünlər. Dəridə 5 dəqiqə
saxladıqdan sonra durulasınlar
Pilinq həftədə bir dəfə edilməlidir
Səhərlər dəmlədiyiniz çay artıq qalıbsa, bununla üzünüzü yuyun və
sonra su ilə durulayın. Çaydakı maddə şişkinliyi götürür və
polifenollarla qidalandırır. Pilinqlə dərini canlandırmaq üçün düyü unu,
dərisi həssas olanlar isə yulaf unu götürsünlər. Duş zamanı bu unlardan
bir çay qaşığı götürüb üzünüzü ovun və sonra durulayın.