Sızanaqlar üçün maskalar

Müəllif: Angela7
Şərhlər: 6
Baxılıb: 950
Paylaş:
Səs ver:
(səs: 2)
Evinizdə rahatlıqla hazırlaya biləcəyiniz, sızanaqlarınız və qara nöqtələrinizdən xilas olmağa kömək olacaq bir­birindən faydalı maska reseptləri…
Balın dəriyə olan faydaları hamıya məlumdur: dərini nəmləndirməsi və yumşaltması, dərini qırışlara, günəşin zərərli şüalarına qarşı qoruması və dəri səthində yaranan yaraların daha sürətli yaxşılaşması və s.
Bal dərini bəsləyir, təmizləyir və nəmləndirir. Həmçinin qara nöqtələrdən xilas olmağa da kömək edir. 2­ 3 xörək qaşığı bal üzdəki qara nöqtələrin üzərinə yayılır. Əgər dəri çox ləkəlidirsə, bala bir az susam yağı qatılmalıdır. Qarışıq məhlul üzdə 15 dəqiqə və ya daha çox saxlandıqdan sonra üz ilıq suya batırılmış bir pambıq ilə yumşaq hərəkətlərlə təmizlənir. Təmizləndikdən sonra məsamələri sıxışdıran bir sprey vurulur. Bal yulaf unuyla da qarışdırılıb istifadə edilə bilər.
 
Ballı darçınlı maskası
3 yemək qaşığı süzmə bal
3 yemək qaşığı darçın
Yuxarıdakıları qarışıq halına gətirib yatmazdan təxminən 20 dəqiqə əvvəl üzünüzə sürtün. Bal və darçın maskası dərhal quruyacaq və gecə boyunca üzdə və dərinin digər bölgələrində sızanaqlara səbəb olan toksinləri və bakteriyaları dəridən atacaq.

Aspirinli maskası
Aspirinin içində dəriyə faydalı salisil turşusu var. Limon suyu isə antibakterial bir xüsusiyyətə sahibdir və dəri tonunu tarazlayan limon turşudur. Bal sakitləşdirici təsirə malikdir, qabartma tozu maskanı təmizləmək üçün istifadə edilə bilər. 3­6 ədəd aspirin, 1 limon, karbonat, aspirini əzmək üçün bir stəkan, dayaz bir çanaq, isti bal və üzü nəmləndirmək üçün krem və ya təbii badam, zeytun yaxud kokos yağı.
İstifadə edəcəyiniz miqdara görə 3­6 arası aspirini stəkanın köməyi ilə əzin. Sonra aspirini çanağın içərisinə qoyun. Hər 3 aspirin üçün bir yemək qaşığı təzə limon suyunu aspirinin olduğu qaba boşaldıb, aspirinin sıx bir səviyyəyə gəlməsini gözləyin. Əgər quru bir dəriyə sahibsinizsə, qarışığa bir yemək qaşığı ya da daha çox isti bal, nəmləndirici və ya bir neçə damla təbii yağ (badam, zeytun, hindqozu) əlavə edin. Yaxşıca qarışdırın. Əksinə yağlı bir dəriyə sahibsinizsə, bu qisimi keçib yerinə bir neçə damla daha limon suyu əlavə edə bilərsiniz. Maskanı bütün üzünüzə, ya da sızanaq bölgəsinə tətbiq edib qurumasını gözləyin.
Quruduqdan sonra karbonata batırılmış isti və nəm parçanın köməyi ilə üzünüzü təmizləyin.

Gil maskası
1,5 çay qaşığı gil
1 şirniyyat qaşığı badam yağı
1 şirniyyat qaşığı bal
Məhsulların hamısını qarışdıraraq dərinizə sürtün. 40 dəqiqə gözlədikdən sonra yuyun. Sonra
yenidən dərinizi bir də soyuq su ilə yuyun. Nəmləndirici sürtərək prosesi sonlandıra bilərsiniz.
Bu maskanı həftədə 1 dəfə tətbiq etmək olar.

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 950
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 mart 2016 18:54
6
Offline
Dosta_inam
Faydalı məsləhətdir, ancaq sızanaq problemim yoxdur çox şükür.
17 mart 2016 09:06
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
sukur ele problemim yoxdur
17 mart 2016 01:07
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yarpaq33
Balla darcin maskasini sinamiwam cox gozel effekt verir derini gozellewdirir ve teravetlendirir
16 mart 2016 23:03
3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Fi-Ra
Sızanaqla bağlı problemim yoxdu. Yenə də lazımlı maskalardı təşəkkürlər
16 mart 2016 22:49
2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
BARBI
Cox sade maskalardi. Sizanaq problemim yoxdur
16 mart 2016 22:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv