Çobanyastığı ilə üz dərisinə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 14 328
Səs ver:
(səs: 2)
Solğun dəri üçün qidalandırıcı maska.
Çobanyastığının tərkibində üz dərisini qidalandıran, maddələr mübadiləsini balanslaşdıran və cavanlaşdıran azulen maddəsi var. Dərini elastik etməkdən ötrü çobanyastığıdan hazırlanmış maskalardan həftədə 1-2 dəfə etmək faydalıdır.

Çobanyastığı çiçəyindən 2 x.q. götür, 1 stəkan qaynar su əlavə et və 20 dəqiqə saxla. Çobanyastığından hazırlanmış 4 x.q. tinkturanın üzərinə 1 x.q. bal, 1 ç.q. zeytun yağı və 1 yumurta sarısı əlavə edib losyonla təmizlənmiş üzə  çək, 20 dəqiqə gözlə və ilıq su ilə yu.

Üz üçün kosmetik buz.
Hər gün üz dərisinə çəkilmiş çobanyastığı dəmləməsindən hazırlanmış buz dəriyə təravət və canlılıq bəxş edəcək. Eyni zamanda bu proses dərinin immunitetini gücləndirərək digər dəri problemlərinin əmələ gəlməsinin qarşısını alacaq.

Çobanyastığı dəmləməsini buz üçün olan qablara töküb buzxanaya qoyun. Hər səhər incə şəkildə üzünüzə  buz parçaları ilə massaj edirmiş kimi çəkin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 14 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri