Kələmdən gələn qulluq

Şərhlər: 6
Baxılıb: 1 961
Səs ver:
(səs: 2)
Üz, çənə və boyun hissəsinə qulluq heç vaxt gec deyil. Amma bu işi tezləşdirməkdə də faydavar. Çünki üz, çənə və boyun dərinizə nə qədər tez qulluq etsəniz daha çox gənc, təravətli dəriyə sahib olarsınız. Bunun üçün isə sadəcə hər gün özünüzə bir az vaxt ayırmaq və qulluq etmək kifayətdir. Sizin gündəlik dəriyə qulluq rutininizə kömək etmək üçün kələmlə edə biləcəyiniz gözəllik prosedurlarını təqdim edirik. 
Qeyd edək ki, ağ kələm A, B, C, K və PP vitaminləri ilə zəngin olduğundan dərini təmizləyir, ağardır, nəmləndirir və qidalandırır.

Quru dəri üçün maska
1 ədəd kiçik kələmin yarpaqlarını nazik doğrayın, 1 stəkan süd ilə qarışdırıb kələm yumşalanana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boyun hissənizə  çəkib 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 

Yağlı dəri üçün maska 
1 ədəd kiçik kələmin yarpaqlarını suda bişirin, soyudub blenderdən keçirdin. Sonra 1 ədəd yumurta ağı ilə qarışdırın. Alınan məhlulu üz və boyun dərinizə çəkib 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Qidalandırıcı maska
1 ədəd sürtgəcdən keçirilmiş kök, 50 qram kələm suyu qarışdırılır, üzərinə 1 ç.q. xama əlavə edilib təmiz üzə çəkilir. Maska üzdə 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyulur.

Quru dəri üçün losyon
1 ç.q. kələm suyu, 2 ç.q. bal və 20 qram spirt qarışdırılır, iki gün şüşə qabda qaranlıq yerdə saxlanılır. Sonra isə səhər və axşam üzü bu losyonla silmək olar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri