Pulunuzu xərcləyib kimyəvi tərkibli üz kremləri almaqdansa, evdə özünüz hazırlaya bilərsiniz. Evdə üz kremi necə hazırlanır?
Sun.az dərinizi qidalandıracaq və yeniləyəcək təbii üz kremləri reseptlərini təqdim edir.
Xüsusən soyuq qış günlərində quruyan, çatlayan dərinizi təbii
yollarla qidalandırıb nəmləndirmək istəyirsinizsə, bu reseptləri sınayın
Resept 1
1 yemək qaşığı Bepanten krem
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı kakao yağı
1 çay qaşığı hindqozu yağı
1 çay qaşığı üzüm çəyirdəyi yağı
Kakao yağını kiçik bir tavaya qoyun. Daha iri bir tavaya isti su
doldurub kakao yağı olan tavanı bu tavanın içinə qoyun. Kakao yağı
əriyənə kimi içinə sıra ilə yağları, ən sonda isə Bepanten kremini əlavə
edin. Yaxşı qarışdırın. Kakao yağı bu yağlarla qarışdığında dona bilər.
Buna görə bu tavanı bir də yenidən isti su dolu tavaya qoyun, əridikdən
sonra soyuması üçün 20 dəqiqə gözləyin. Dəmir qaba töküb soyuducuda
saxlayın.
Tərkibindəki ərzaqlar dərini qidalandırır və yumşaldır. Üzüm
çəyirdəyi yağı və Bepantenin isə qoruyucu və yeniləyici keyfiyyəti var.
Resept 2
1 yemək qaşığı şea yağı
1 yemək qaşığı buğda yağı
1 yemək qaşığı avokado yağı
1 çay qaşığı lavanda yağı
Şea yağı karite yağı olaraq da bilinir. Afrikada yetişən karite
ağacının gövdəsindən əldə edilən bu yağın dərini yeniləmə xüsusiyyəti
var. Yüngül yanıqlarda da istifadə edilir, həm də yaşlanmanı gecikdirir.
Şea yağını yuxarıda kakao yağını əritdiyiniz üsulla əridin, digər
yağları əlavə edib yaxşıca qarışdırın. Bir neçə dəqiqə isidin,
soyuducuya qoyun. Qatılaşınca dəmir qaba töküb istifadə edin.