Üz dərinizə sağlamlıq qatan vitaminlər

Şərhlər: 4
Baxılıb: 2 591
Səs ver:
(səs: 1)
Dərimizə
qulluq gözəllik rutinlərinin əsasını təşkil edir. Bunun üçün müxtəlif
qulluq vasitələri var. Həmin qulluq vasitələrinin başında isə vitaminlər
gəlir. Bəs dərinin gizli döyüşçüləri olan vitaminlər nə işə yarayır?
Gəlin birlikdə vitaminlərin dərimizə olan faydalı təsirlərini incələyək.



A vitamini

Sızanaqlardan
ləkələrin müalicəsinə qədər bir çox dəri problemlərinin həllində çox
faydalı vitamindir. Rəng çalarını balanslaşdırmaq, xırda qırışları
açmaq, qara nöqtələrdən yaxa qurtarmaq üçün A vitamini köməyinizə gələ
bilər. Qaraciyər, süd, yumurta sarısı, kök, ispanaq, brokoli, yaşıl
tərəvəzlər, qaysı, şaftalı, balqabaq A vitaminilə zəngin qidalardır.



B3 vitamini

Dərimiz
nə qədər qoruyucu vəzifəsini yerinə yetirirsə nəm itirmək dərəcəsi də
bir o qədər də, az olur, alergik təsirlər də azalır və qızartılardan
şikayətlər də olmur. Sinir sistemini qaydasına salmağa, bərpa etməyə və
daha sağlam olmasına faydası var. B3 vitamini pendir, süd,
yumurta, balıq, kök, qarğıdalı, xurma və buğda kimi qidaların tərkibində
bol miqdarda var. 



C vitamini

Xırda
qırışları aradan qaldırır. Sallanan dərinin bərpa olunmasında güvənilə
bilən vitamindir. Təzə qırmızı bibər və cəfəri olmaqla, kivi, brokoli,
limon, çiyələk, qreypfrut, qırmızı kələmin tərkibində bol miqdarda C
vitamini var.



E vitamini

Dərinin
bərpası və quruluğunun yox olmasında, vaxtından tez yaşlanmada və
xərçəngin inkişafında əsas rol oynayan sərbəst radikalların zərərli
təsirlərinin yox edilməsində mühüm vitamindir. Buğda toxumu başda
olmaqla, dənli və yaşıl yarpaqlı tərəvəzlər, fındıq, badam, zeytun yağı,
günəbaxan yağı, soya yağı E vitaminilə zəngindir.



K vitamini

Göz
ətrafındakı problemlərdən şikayətlənənlər üçün K vitamini çıxış
yoludur. K vitamini qəbul etmək üçün cəfəri, kahı, kələm, pul bibəri
rasionunuza əlavə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri