Dəri növünə görə peeling

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 6 253
Səs ver:
(səs: 0)
Dərini canladırmak üçün peeling
Vəsaitlər: 2 çay qaşığı bir az üyüdülmüş qəhvə (un kimi olmamalı), 2 çay qaşığı bal, yarım çay qaşığı zeytun yağı
Hazırlanması: Saydığımız vəsaitləri şüşə kasada qarışdırın və peeling konsistensiyasına gəlincə dərinizə tətbiq edin. 5 dəqiqə sonra ovalayaraq çıxardın və ilıq suyla dərinizi təmizləyin. Həftədə 1 dəfə tətbiq edə biləcəyiniz peeling sayəsində daha canlı və daha təmiz bir dəriyə sahib ola bilərsiniz.

Qara nöqtə və sızanaqlar üçün peeling

Vəsaitlər: 2 yemək qaşığı yulaf əzməsi, 200 ml bal, yarım yemək qaşığı alma sirkəsi, yarım çay qaşığı isti su
Hazırlanması: Bir qab içərisində bütün vəsaitləri qarışdırın və dərinizə tətbiq etdikdən 15 dəqiqə sonra yüngül yaş bir bezlə ovaraq çıxardın. Ölü dəri, qara nöqtə və sızanaqlardan xilas ola biləcəyiniz bu peelingi tətbiq etdikdən sonra bol suyla yuyun. Hər səhv nizamlı bir şəkildə tətbiq etdiyinizdə fərqi görəcəksiniz.

Quru dəridəki qara nöqtələri yox edən peeling

Vəsaitlər: Yarım su stəkanı gil, yarım su stəkanı misir unu, kifayət qədər su
Hazırlanması: Bütün vəsaitləri qarışdırın və krem konsistensiyasına gələnə qədər su əlavə edin. Dərinizə tətbiq edin və 5 dəqiqə sonra ovaraq və bol suyla təmizləyin.

Burundakı qara nöqtələrdən xilas olmaq üçün peeling

Vəsaitlər: 1 dənə limonun qabığının rəndəsi, 1 yemək qaşığı qatıq, 1 yemək qaşığı qarğıdalı unu
Hazırlanması: Vəsaitləri bir qab içərisində qarışdırın və yaranan peelingi burnunuza tətbiq edin. 15 dəqiqə gözlədikdən sonra bol su ilə ovaraq çıxarın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri